“Cəhənnəmdə böyük çığırtı” kitab deyil

“Cəhənnəmdə böyük çığırtı” kitab deyil
25 fevral 2015
# 17:48

Kitab təqdimatları, kitabın mürəkkəbi qurumamış müəllif və hələ oxunmamış mətn haqda uzun-uzadı döşəmək yerli mətbuatın dəbdən düşməyən makulaturasıdır.

“Cəhənnəmdə böyük çığırtı” isə kitab yox, iyirmi iki illik ağrıların qısa xülasəsidir. Müharibə, Qarabağ mövzusunda davamlı yazan biri kimi deyə bilərəm ki, kitab Vüsalə Məmmədovanın əsəbləri, göz yaşları bahasına başa gəlib. Hər əsirin cəhənnəm dadında xatirəsini müəllif barmaqlarının ucunda hiss edib.

Bizim yarımızın uşaqlığı, yarımızın gəncliyi müharibədə əriyib. Müharibənin içində olmamışam, mərmi səsi eşitməmişəm. Ancaq bu ölkədə elə bir ailə olmayıb ki, həmin mərmilərdən ocağına düşmüş olmasın. “Cəhənnəmdə böyük çığırtı” oxumaq yox əzbərləmək üçündür. O ağrıları, əzabları hiss eləməmək Azərbaycan sərhədlərini keçən kimi erməni ilə üzbəüz oturmağın, dostluğun qarantiyasıdır. Ağrı, dərd ümummilli olmur. Kədər təkadamlıqdır. Başqa cür hiss edilmir.

Qonşuluqda oğlu Laçında itkin düşmüş ailə var idi. Evin ağbirçəyi yayı, qışı pəncərə qabağında keçirirdi. Onun gözünü yollardan ancaq ölüm yığdı. Oğlu ölən analardan ona baxıb şükr edənlər də olurdu.

Biz uşaqlıq yox, gizilti yaşadıq. Körpəlikdən natamam gəncliyə hoppandıq. Ölümə şükr edən insanların içində yaşadıq. Kimliyimizi axtardıq. Qulağımızı, gözümüzü tolerantlıq, dünyəviliklə qapadıb yaxamızı məsuliyyətdən sığortaladıq. Ruhunuzu “Cəhənnəmdəki böyük çığırtı”ya açın. Olub, amma keçməyib.

P.S. İçimdəki iyirmi iki illlik kinə görə üzr istəmirəm.

# 2813 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər