Bu ölkədə ev sahibi çay gətirirsə...

Bu ölkədə ev sahibi çay gətirirsə...
4 iyun 2014
# 07:15

Kulis.Az Yaponiya haqqında maraqlı faktları təqdim edir.

Yaponiyaya «Gündoğan ölkə» deyilir. Bayraqdakı dairə də günəşin rəmzidi. Yaponiya dövlətinin bayrağında səmimiyyət, ehtiras, təmizlik və düzlük rəmzi birləşib. Hər millətin özünəməxsus xüsusiyyətləri var, eləcə də yaponlarda. Onların mədəniyyətində təvazökarlıq və dözümlülük əsasdı.

Yaponların bizdən fərqli olaraq qonaqpərvərlik xüsusiyyətləri yoxdur. Bir yaponun sizi evinə dəvət etməsi çox böyük hadisədir. Bir-birini görmək istəyən ailələr əsasən restoranda görüşür. Amma əgər dəvət edirsə, evə qətiyyən ayaqqabı ilə girmək olmaz.

Ev sahibi çay gətirirsə, demək qonağın getmək vaxtı çatıb. Yaponlarda ev sahibəsinin rəmzi taxta qaşıq sayılır. Onların ən çox sevdikləri içki yaşıl çaydı. Ən çox yedikləri qida isə çəltik və balıqdı. Gənc qızlar çox zaman ailə həyatı qurandan sonra işdən çıxır və evinin xanımı olur. Xanımlar ev işi və uşaqlarla məşğul olur. Amma ailənin pulu xanımda olur, bütün xərclərə o baxır, restorana gedəndə belə pulu xanım ödəyir.

Səhər, günorta restoran və kafelərdə 65-70 yaşdan aşağı kişiləri görmək mümkün deyil. Çünki onlar hamısı işdə olur. Yaponiyada heç kim başqasının işinə qarışmır. Məsələn, orada nə cür istəsən geyinə bilərsən, buna heç kim bir söz deməz. Orada kiməsə gözünü zilləyib baxmaq ayıb sayılır. Metroda çoxları gözünü yumur, yatmır, sadəcə olaraq elə hərəkət edirlər ki, kiməsə baxmasınlar.

İctimai yerlərdə nə qədər çox adam olsa da, heç kim narahat olmur. Çünki orada oğurluq demək olar ki, yoxdur. Gecənin yarısında kim istəsə tək çıxıb gəzə bilər, restorana gedə bilər, bu zaman onu heç kim narahat eləməz. Əgər çantanız velosipedin üzərindədirsə narahat olmağa dəyməz, çünki heç kim götürməz. Yaponlar o qədər də dəniz həvəskarı deyil. Yapon parlamentində aşağı palatanın nümayəndələri zəlzələ olanda başlarına ağacdan düzəldilmiş qutu geyir.

Onlar qışda otaqların hamısını isitmir. Evlər balacadı və o qədər də bahalı deyil, amma onlar bunu əlavə israfçılıq hesab edib təkcə oturduqları otağı isidir. Ailədə söz-söhbət çox az hallarda olur. Onlar əsəbiləşəndə bunu sözlə deyil, baxışlarıyla bildirir. Yaponlar çox danışmağı sevmir. İş yerində, iclasda danışanlar əsasən cavanlar olur, nisbətən yaşlılar qulaq asır və sonda qərarlarını bildirir. Onlar görüşəndə sadəcə olaraq bir az əyilib salam verir. Əllə görüşmək, öpüşmək, qucaqlaşmaq adətləri yoxdu. Əgər bir uşağın başını sığallasaz o, buna əsəbiləşər. Bu hərəkət uşaq üçün təhqir deməkdir. Yaponiyada məktəblilərə hər 2 əllə yazmağı öyrədirlər.

Yaponların milli ənənəvi geyimi kimano adlanır. Kimano gözəl ipək parçadan hazırlanmış düyməsiz, düz, uzun xalatdı. Onun enli qolları və iri yaxalığı var. Xalat soldan-sağa örtülüb oba kəməri ilə bağlanır. Qadın kimanoları rəngbərəng, naxışlı, oba kəməri çox enlidi və böyük düyünlə arxadan bağlanır. Kişilərin kimanoları isə tünd rəngdə, xırda naxışlı və ya naxışsız olur. Oba kəməri əl qalınlığında olur və yandan bağlanır. Kimano yaponlar üçün müqəddəs geyimdi. Təzə anadan olan körpəni bu geyimə büküb məbədə aparırlar. Məbəddə onun üzünə müqəddəs su çiləyirlər. Uşaqlar 3, 5, 7 yaşına çatanda Kimano geyinib məbədə gedirlər.

Yaponlarda toy günü gəlin ailəsi ilə birlikdə bəyin evinə qonaq gedir. Gəlin başına üçkünc yaylıq bağlayır, bununla o, «qısqanclıq buynuzları»nı gizlədir. Daha sonra gəlin və bəy 9 qurtum sake (yəni, düyü arağı) içir. Birinci qurtumdan sonra onlar rəsmi olaraq ər-arvad hesab olunur. Ailə hər il bu xoş günlərini təmtəraqla qeyd edir. Yeni ili ən tez qarşılayan ölkə Yaponiyadır. Yaponlar yeni il gecəsi saat kilsə zənglərindən sonra mütləq yatır, səhər tezdən durub şənlik edirlər. Onlar yeni il ərəfəsində yelkənli gəmi şəkli alır.

Yaz gələnə yaxın, martın 3-də yaponlar Xino Matsuri bayramı keçirir. Həmin gün analar öz qızlarına gildən düzəldilmiş, gözəl paltarla bəzənmiş balaca gəlinciklər bağışlayır. Bu gəlinciklərin adları – Xinu Ninqo olur. Yaponlar əsasən hörmətə üstünlük verir – evdə, işdə, ictimaiyyət arasında və bir sözlə hər yerdə.

# 4884 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər