Bakıda amerikalı fotoqrafın sərgisi

Bakıda amerikalı fotoqrafın sərgisi
17 may 2018
# 10:05

Azərbaycan Xalça Muzeyində tanınmış amerikalı fotoqraf Edvard Körtisin “Çərçivədən kənar mənsubiyyət” adlı fotosərgisi açılıb.

Sərgi ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Amerikalı fotoqrafın əsərlərinin məna və məzmun baxımından mükəmməlliyindən bəhs edən muzeyin direktoru deyib ki, sərgidə fotoqrafın 50-dən çox işi nümayiş edilir. Ş.Məlikova söyləyib ki, ekspozisiyada yer alan fotolar ABŞ-ın yerli əhalisi olan hinduların mədəniyyətinə həsr edilib. Bundan öncə eyniadlı sərginin Gürcüstanda açıldığını deyən natiq belə bir sərginin ölkəmizdə təşkil olunmasından məmnunluğunu ifadə edib.

Bütün iştirakçıları salamlayan ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill Xalça Muzeyinə belə bir tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirib. Həmçinin sərginin kuratoru Amina Melikovaya da minnətdarlığımı çatdırıb.

“Biz Edvard Körtisin anadan olmasının 150 illiyini qeyd etdiyimiz bu günlərdə Azərbaycanda belə bir sərginin açılmasından qürur duyuruq. O, şəkil çəkməyi özü öyrənib, hətta öz studiyasını yaradıb. 1900–1930-cu illərdə Şimali Amerikada 80-dən çox qəbiləni ziyarət edib, on minlərlə fotoşəkil və səs yazısı, habelə yarım milyondan çox sözdən ibarət mətn ərsəyə gətirib. Nəticədə Amerika həyatının mühüm hissəsinin vizual tarixi kimi bu gün də məşhur olan yerli amerikalılar barədə 20 cildlik şah əsəri yaradılıb. Körtis müxtəlif obyektlər və səhnələri, müxtəlif qəbilələrin ənənələrini və əşyalarını bir araya gətirərək öyrəndiyi insanlar barədə təsəvvürünü müəyyənləşdirib. Bu kimi “romantizasiya” üzərində mübahisələr bu gün də davam edir. Bəziləri hesab edir ki, Körtis tam anlaya bilmədiyi cəmiyyətləri düzgün təsəvvür edə bilməmişdi. Bu səbəbdən bu sərgi “Çərçivədən kənar mənsubiyyət” adlanır. Sərgilənən şəkillərin insanları təsvir etmələrinə dair söhbətlər və mübahisələr sırf çərçivə daxilində yekunlaşmır, bu söhbətlər bu gün də davam edir”,- deyə Uilyam Gill vurğulayıb.

Müvəqqəti işlər vəkili əlavə edib ki, yerli Amerika insanları və mədəniyyəti barədə əsas hekayəçi olan Edvard Körtis amerikan mədəniyyəti tarixində unikal yer tutur.

Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunmasını böyük tarixi hadisə adlandıraraq deyib: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərini alqışlayırıq”.

Sonra qonaqlar mayın 22-dək davam edəcək sərgi ilə tanış olublar.

# 2045 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər