Məni İstanbulda heyrətləndirən qadın

Məni İstanbulda heyrətləndirən qadın
23 sentyabr 2016
# 12:53

2009-cu il, Türkiyə. Bursa şəhəri. Beynəlxalq “İpək Yolu” kino festivalında iştirakımı bitirib Yalovaya yola düşdüm. Yalovanın əsrarəngiz mənzərəsindən istifadə edib dəniz sahilində pivə də içdim. Bir saat vapuru gözlədim. Nəhayət vapur gəldi və iki saatlıq dəniz yolçuluğundan sonra İstanbulun Kabataşına çatdım.

Axşama doğru saat səkkiz reysi ilə Atatürk Hava Limanından Bakıya uçmalı idim. Hələ səkkiz saatım vardı. İstanbulda yaşayan dostum Toğrula zəng vurmaq qərarına gəldim. Yarım saatdan sonra Eminönündə görüşmək üçün vədələşdik.

Nəhayət sövdələşdiyimiz vaxtda gəlib çıxdı. Sadə azərbaycanlı kimi düşündük yeyib-içməyə gedək, muzeyə gedəsi deyildik hər halda. Xahiş etdim ki, hava limanına yaxın restoranda oturaq. Razılıq verdi.

Rakı və fındıq közündə kabablar bişdi. Rakı bitmək bilmirdi, vaxtsa sürətlə gedirdi. Atatürk Hava Limanının böyüklüyü və sərnişin sıxlığını nəzərə alaraq aeroporta tez getməyi planlayırdım. Toğrul isə hey mənim və dostumuz İqbalın sağlığına badələr qaldırırdı. Hər sağlıqdan sonra qolumdakı saata baxıb “vaxtdır” deyirdim. Toğrul isə hər dəfə “Tahir yaxşı” deyib məclisi bir az da uzadırdı. “Aeroport yaxındı, yetişərik” deyirdi. Dəfələrlə etirazıma baxmayaraq masaya elə hey rakı gəlirdi. Vaxt isə mənim əleyhimə işləyirdi.

Növbəti sağlığa başlayanda üzümdəki iztirabı görən Toğrul nəhayət ayağa qalxdı. Maşına mindik. Məni aeroporta gətirdi. Yolboyu elə hey giley edirdi ki, tələsdin, yaxşı otura bilmədik. Hava limanına çatdıq, görüşüb ayrıldıq. Ayrılanda dedi ki, Tahir, gələn dəfə rahat oturub yeyib-içərik: “Görürürəm tələsirsən.

Qeydiyyat şöbəsinə yaxınlaşın pasportumu sarısaçlı, göy göz türk qızına uzatdım. Kompüterdə bir neçə dəqiqə axtarışdan sonra məlum oldu ki, Bakıya uçacağım təyyarənin qapıları artıq bağlanıb. Dilxorçuluq. Nə edəcəyimi bilmirdim. Çantamı yerdə sürütləyərək Türk Hava Yollarının ofisinə yaxınlaşdım. Növbəti dəfə qarşıma sarısaçlı, göy göz türk qız çıxdı. Biletimi və pasportumu ona uzatdım. Xahiş etdim ki, mənə növbəti reysə yeni bilet yazsın. Sistemə baxdı və bildirdi ki, mən uçağımı qaçırmışam. Təəssüflə başımı yırğaladım. O, növbəti reysin sabah səhər 12:00-da olacağını dedi. Biletin qiyməti isə 125 avro. Məcbur bilet almalıydım. Qız bilmədim iş gərəyi, yoxsa bekarçılıqdanmı təyyarəyə niyə gecikdiyimi soruşdu:

- Nədən uçağınızı qaçırdınız ?

- Bursadan film festivalinden gelirim. Arkadaşımla eylendim.

- Siz sinemaçısız ?

- Evet, yönetmenim.

- Ne güzel, iyi sanatınız var.

- Arkadaşımla rakı içdim. Fazla kulllandık rakını. O yüzden gec kaldım. Malesef.

Türk Hava Yollarının yetkilisi olan bu xanım başını qaldırıb təxminən bir dəqiqə məni süzdü. Sonra bileti yazıb mənə uzatdı. Pulu sayıb masanın üstünə qoydum. Əliylə pulu mənim qarşıma itələdi və bu biletin ücrətsiz olacağını bildirdi. Səbəbini soruşduqda məni təəccübləndirən cavab verdi:

- Sayın Tahir bey. Yönetmenler rakı yüzündən uçak kaçıra bilirler.

Sənətimə və sənətə duyulan münasibətdən təsirlənmişdim. İlk dəfə idi belə mənzərə ilə qarşılaşırdım. İçimdəki sevinci paylaşmaq və yarımçıq qalmış rakı məclisimizə davam etmək üçün cəld telefonumu çıxarıb yəqin ki, aeroportdan çox da uzaqlaşmamış Toğrulu yığdım.

Və çantamı əlimə alıb Polanski ədasıyla qapıya doğru yürüdüm.

# 2393 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

19:30 11 aprel 2026
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

15:50 11 aprel 2026
Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

15:30 11 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Parisdə  Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

14:30 11 aprel 2026
Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər