Bu dilənçidən nə öyrənə bilərik?

Bu dilənçidən nə öyrənə bilərik?
30 avqust 2016
# 12:24

Hər gün müxtəlif peşələrdə işləyən tanışlarımız və ya dostlarımızla qarşılaşırıq. Onlar bizə həyatın necə olduğunu, düzgün strategiyanı, “Bunu etsən belə olar?” kimi nümunələri deməklə kömək etmək istəyirlər, biz isə qarşılığında, çox zaman “Sənin dediklərin reallığa uyğun gəlmir”, ya da “Bu sözlər bambaşqa bir insana aiddir” – deyə cavab veririk. Düzdür, yaddan çıxarmaq lazım deyil ki, bu halda hər iki tərəf haqlı ola bilər; biri öz probleminin dostunun danışdığı kimi olmadığını söyləyər; digəri isə DOST dediyi insanın yardımına yalnız onun yetişə biləcəyini düşünər və daim yeni-yeni “dərman”lar istehsal edərək ona təsir etməyə çalışar. Bu bir növ özünü sübut etmək prinsipidir. Biz daim öz bacarıqlarımızı göstərməyə çalışdıqca, kənarda olanlar bizdən rasional olmayan xahişlər edər, bizim ideallığımıza arxalanarlar. Amma heç də sirr deyil ki, heç kəs ideal olmur.

Biz nəsə deməyə, yaratmağa çalışırıq, çünki bizi belə formalaşdırıblar.

Bu fikrimə uyğun olan digər fakt da mövcuddur ki, bu da daha çox paradoksa oxşayır: “Bizim uğrunda işlədiyimiz yaraşıqlı geyimlər, smarttelefonlar və digər əşyalar kənardakıların istəkləridir”. Siz mənim üstümə hayqırıb deyə bilərsiniz: “Sən doğru demirsən!”, ya da ən yaxşı halda “Hər kəsin öz subyektiv fikri var”.

Amma mən sizi əmin edirəm ki, hətta arıqlamaq istəkləriniz belə özünüzə görə deyil. Bu psixoloqların təsdiq etdiyi bir şeydir desəm, düşünürəm ki, yanılmaram. Çünki Vikipediadan (Rusiya) aldığım məlumata görə, tələbatlar, çox zaman ətrafda olan, yəni situasiyaya uyğun baş verən əlamətlərə asılı olaraq yaranır.

Mən sizə yemək almamağı, smart əşyalardan istifadə etməməyi tövsiyə etmirəm. Sadəcə, düzgün sərfiyyatın necə olduğunu analiz etməyinizi istəyirəm. Bu yaxınlarda Bill Qeytsin Facebookda paylaşılan 190E maşını məni heç də təəccübləndirmədi, insanlar bilik və fəlsəfələrinə görə qiymət verirlər. Məhz bu fikir sizə ən azından stimul verməlidir. Sizin biliyinizi və bacarıqlarınızı korlayan yeganə bir şey budur. Əgər siz sözü gedən şəkli görmüsünüzsə, yəqin şəklin sağ tərəfində olan hansısa, azərbaycanlının maşınını da gözdən qaçırmamısınız. Elə bu maşın sizə düzgün olmayan addımları atmağı başa salır. Onu gördüyünüzdə keçirdiyiniz hisslər, sizi bunun uğrunda çalışmağa vadar edir. Və ola bilər ki, 5-10 ildən və ya (imkanınızın olduğu təqdirdə) sabah onu alacaq, kredit götürəcəksiniz.

“Yemək yeməyin!” – heç kim sizə deyə bilməz, siz bunu gözəl anlayırsınız. Amma artıq pul xərcləyib fast-food obyektlərinə getməyin, küçədə satılan mənşəyi bilinməyən ətdən olan, hətta tozun çox olduğu yerlərdə (maşının keçdiyi, davamlı insanların hərəkət etdiyi ərazilər) satılan yeməklərdən uzaq qaçın, sizin aclığınızı yatıra biləcək kiçik peçenyelərlə, qapalı yerlərdə hazırlanan un məmulatlarıyla kifayətlənin, axşam və ya işiniz bitdiyində, evə gedib rahat oturaraq, heç nə fikirləşmədən isti yeməyinizi yeyin.

Tələbatlar sərhədsizdir – bu qeyri-məmnunluqdan, çatışmazlıqdan yaranır. Sizə lazım olan şeylərin maksimum 30 gün ömrü olacaq. Çünki adiləşmə, adətin formalaşdırılması elə bu vaxt ərzində bitir. Və siz artıq gözlərinizin qarşısında olan burnunuzu görmədiyiniz kimi, bu əşyaları da unudacaq, onların xüsusiyyətini yaddan çıxaracaqsınız. Buna görə də, ictimai nəqliyyat vasitələri, maşın icarəsi və s. xidmətlər mövcuddur. Amma istəklərimizin çoxu yoxdur. Bəs, onda nə edək? Mən sizin arzuladığınız şeyi indi verəcəm, lakin müəyyən müddətdən sonra bu sizə lazım olmayacaq. Filmlərdə olan çoxlu pul qazanmış insanları düşünün, onlar istəklərini yerinə yetirdikdən sonra qəbul edirlər ki, bu lazımsız bir şeydir.

Fikirləşin, 2013-cü ildə Nigeriyada baş verən seldə yerli əhali çox ziyan görmüşdü, bu vaxtlarda səlahiyyətli insanların yanına Simon Ozoimena adlı kasıb gələndə və müxtəlif kilsələrdən sədəqə ilə yığdığı 188 dollarını verəndə onlar təəccüblərini gizlədə bilməmişdilər. Bu, dilənçi üçün böyük məbləğlə, o, seldən ziyan görən sakinlərə kömək etmək istəmişdi. “Nəyə görə belə bir addım atmısınız?” – sualına o belə cavab verib: ”Onlar insidentdən əvvəl məndən yaxşı yaşayırdılar və indi onlara çətindir”.

Burada çox böyük fəlsəfə var. İnsanlar həqiqətən də tələbatlarını ödəmək üçün çox çalışır, istəklərinə çatırlar, amma heç düşünmürlər ki, bu mənə həqiqətən lazımdırmı?

Mirzə İskəndərov

# 1058 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #