Telefonumun darağı

Telefonumun darağı
12 yanvar 2018
# 13:02

Bir radiosu vardı babamın. İşdən sonra hər axşam dinləmə vaxtı da. Xəbərlərə qulaq asardı onda. Bir darağı da var idi balaca, qar kimi ağappaq saclarini daradığı. Bir də təraşdan sonra üzünə vurduğu odekolonun ətri qalıb yadımda, hər iki əli ilə əvvəl üzünə, sonra saçlarına çəkərdi. Anam deyirdi ki, ondan ağarıb saçları kişinin...

Yerişi də yadımdadır: ağır-ağır, aramla.

Tut gətirərdi bizə, özü yığardı ağacdan. Bilirdi ki, bazardan alınan tut ürəyimizə yatmır.

Xəstəliyi də yadımdadır babamın, reanimasiyada huşsuz yatması, əllərini tutmağım, sağalması üçün günlərlə Allaha yalvarmağım, Allahın səsimi eşitməsi də...

Xəstəliyi fəsadlar qoydu özündən sonra canında babamın. İllər sonra tələbə olduğumu babama söyləyəndə gözlərindən süzülən yaşlar da yadımdadır. İlk nəvəsi həkim olacaqdı axı. Nə bilim, bəlkə də tam sağalacağına ümidlənibmiş o anda...

Amma elə birinci kursda oxuduğumda itirdik onu, elə ilk sessiyada. Hüzr mərasimi zamanı içəri otaqda kimya imtahanına hazırlaşdığım da yadımdadır...

O qədər saf insan idi ki, babam, utanırdım ondan balaca olanda. Elə indi də utanıram. Elə indi də. Görür, bilirəm. İçimdə dərdləşməyə gedirəm məzarı başına onu ziyarətə.

O vaxt doğum haqqında şəhadətnaməsi olmayıb babamın. Valideynlərini erkən itiribmiş. Pasport alanda doğum tarixini soruşublar, deyib, anam deyirmiş ki, qış günü olub, çoxlu qar yağıbmış həmin gün, yazın 10 yanvar. Kişi nə biləydi ki, ölüm tarixini yazdırır pasporta?...

Və illər sonra biz yanvarın 10-da onun həm doğum, həm də anım gününü qeyd edirik. Elə nənəm kimi... Heç kəsə əziyyət vermək istəməyən adamlar...

Babam gedəndən sonra şəkli telefonumda qalıb. Telefonumun radiosu var. Hərdən işdən sonra o radioda xəbərləri dinləyirəm. Bir darağı da var telefonumun, balaca...

Ləman Əliyeva

# 3139 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər