Bülbül vokal məktəbinin konserti keçirildi

Bülbül vokal məktəbinin konserti keçirildi
6 noyabr 2024
# 09:27

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü baş tutub.

Kulis.az xəbər verir ki, layihənin ikinci günü Bülbül ənənələrini davam etdirən Bülbül Vokal Məktəbinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı, "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Asyanın nəğməsi, Süleyman Ələsgərovun "Vətənimdir", "Gözlə məni", Asəf Zeynallının "Ölkəm", "Sual" romansları, V.A.Motsartın "Fiqaronun toyu" operasından Suzannanın ariyası, Müslüm Maqomayevin "Nərgiz" operasından Nərgizin ariyası, Azərbaycan xalq mahnıları "Bağçada güllər", "Səndən mənə yar olmaz", italyan əsərləri səsləndirilib.

Konsert proqramında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu iştirak edərək öz səmimi arzularını iştirakçılara çatdırıb.

# 1643 dəfə oxunub

Oxşar xəbərlər

Ryan Mörfinin yeni layihəsi təqdim olundu

Ryan Mörfinin yeni layihəsi təqdim olundu

18:20 23 yanvar 2026
Rüstəm Behrudinin yeni kitabının təqdimat mərasimi baş tutdu

Rüstəm Behrudinin yeni kitabının təqdimat mərasimi baş tutdu

18:09 23 yanvar 2026
Xulio İqlesiasın istintaq işi genişlənir: Keçmiş əməkdaşlardan yeni iddialar

Xulio İqlesiasın istintaq işi genişlənir: Keçmiş əməkdaşlardan yeni iddialar

17:50 23 yanvar 2026
Bəyazın “Şeylər”  sərgisi açıldı

Bəyazın “Şeylər” sərgisi açıldı

17:30 23 yanvar 2026
“Qərbi Azərbaycan aşıqlığı bu gün”  adlı konsert təşkil edildi

“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert təşkil edildi

17:07 23 yanvar 2026
Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu

Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu

14:23 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər