Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib
4 avqust 2025
# 13:30

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.

Vida mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, bir sıra qələm adamları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndərib.

Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, Elçin Əfəndiyevin vəfatı ədəbi sözümüzün itkisidir: "Elçin Əfəndiyev özünə məxsus yazı tərzi ilə ədəbiyyatımızda xüsusi iz qoyub. Onun əsərlərində tarixi hadisələr xüsüsi yer alır. O bizim üçün hər zaman yaşayacaq".

Daha sonra çıxış edən Xalq yazıçısı Anar ən yaxın dostunun vəfatından dərin sarsıntı keçirdiyini qeyd edib: “Mən ən yaxın dostumu itirdim. Bu, taleyin cəzasıdır, bəlkə də, mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Mən indi bilmirəm kimə zəng edəcəyəm. Yenə də deyirəm, bu, mənim üçün taleyin cəzasıdır".

Sonda Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub.

# 167 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadə: "Teatrı gərəksiz, istedadsız aktyor və aktrisalardan təmizləmək lazımdır" - Müsahibə

Mehriban Ələkbərzadə: "Teatrı gərəksiz, istedadsız aktyor və aktrisalardan təmizləmək lazımdır" - Müsahibə

14:35 4 avqust 2025
Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı

14:24 4 avqust 2025
Məşhur musiqi qrupları  "Dark Sun Metal Festival"ında

Məşhur musiqi qrupları "Dark Sun Metal Festival"ında

14:20 4 avqust 2025
Mark Avrelinin 2000 illik heykəli geri qaytarıldı

Mark Avrelinin 2000 illik heykəli geri qaytarıldı

13:55 4 avqust 2025
Türkmənistanda “Azərbaycan Milli Günü”

Türkmənistanda “Azərbaycan Milli Günü”

12:47 4 avqust 2025
Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə...

Londonda hip hop sərgisi: Eminemin döymələrindən Taysonun xatirələrinə...

12:30 4 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər