Xalq rəssamı Ömər Eldarovla görüş keçirildi

Xalq rəssamı Ömər Eldarovla görüş keçirildi
12 iyun 2023
# 15:07

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq rəssamı, Əməkdar heykəltəraş Ömər Eldarovla görüş keçirilib.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən tədbir Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı “Heydər Əliyev İli”nə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi haqqında məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti dövründə daim Azərbaycanın əbədi müstəqilliyi və xalqımızın rifahı naminə çalışıb. Təsadüfi deyil ki, müasir mədəniyyət siyasətinin əsası Ümummilli Liderin adı ilə bağlıdır. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, layihə çərçivəsində il ərzində musiqi, rəqs, teatr, memarlıq, sənətkarlıq, təsviri sənət, kino sənayesi, fotoqrafiya sənəti, ədəbiyyat və nəşriyyat, televiziya və radio sahələri üzrə görkəmli və peşəkar mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri təşkil olunacaq.

Daha sonra Xalq rəssamı Ömər Eldarov geniş təqdimatla çıxış edib. Təqdimat müddətində onun müəllifi olduğu əsərlər, habelə dahi sənətkarın Ümummilli Liderlə olan xatirələrindən söhbət açılıb.

Tədbir “Ümummilli Lider Heydər Əliyev və milli heykəltəraşlıq, rəsm sənəti” və “Heykəltəraşlıq və rəsm sənətində müasir dövrə baxış: təhlil və nəticə” istiqamətlərində panel müzakirələrlə davam edib, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində tanınmış musiqiçilərin ifasında klassik əsərlərdən ibarət musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, müxtəlif istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
“Batman” davam filmindən yenilik – Hava şəraiti ilə bağlı

“Batman” davam filmindən yenilik – Hava şəraiti ilə bağlı

12:40 5 avqust 2026
Uçan itlər, qaraqabaq inəklər... - Beynəlxalq ev heyvanları fotosu müsabiqəsinin nəticələri

Uçan itlər, qaraqabaq inəklər... - Beynəlxalq ev heyvanları fotosu müsabiqəsinin nəticələri

12:20 5 avqust 2026
“Ölümsüz qəhrəman”  sənədli filmi nümayiş etdirildi

“Ölümsüz qəhrəman” sənədli filmi nümayiş etdirildi

11:45 5 avqust 2026
Məşhur flamenko ustası vəfat etdi

Məşhur flamenko ustası vəfat etdi

11:30 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər