"Anam danışardı ki, bəs o vaxt Əlihüseyn Müşfiqə görə Səməd Vurğuna şillə vurub".
Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Şəfiqə Eyvazova müsahibəsində deyib:
Müşfiqlə qohumluğundan danışan sənətçinin dediyinə görə, qohumu Əlihüseyn Dağlı Səməd Vurğuna şillə vurandan sonra sürgünə göndərilib:
- "Kurtlar Vadisi"nin aktyoru: "Bir də çəkilsə, oynamaram"
- Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi
- Almaniyada çap edilən kitabda yer alan azərbaycanlı bəstəkar - Günün mahnısı
"Müşfiq anamın babasının bibisi oğlu olub, belə deyirdi anam. Anamın bir əmisi oğlu Əlihüseyn Dağlı da Müşfiqin qohumu olub. O da Mircəfər Bağırovun müşaviri olub. Anam danışardı ki, bəs o vaxt Əlihüseyn Müşfiqə görə Səməd Vurğuna şillə vurub. Bu söhbət yayılandan sonra onu sürgünə göndəriblər. Hər halda anam belə danışardı. O, həmişə bizlə Müşfiq barəsində söhbət edərdi. Onun şeirlərini də çox sevirəm".