"Vətən" musiqi qrupu beynəlxalq festivalda mükafat qazanıb

"Vətən" musiqi qrupu beynəlxalq festivalda mükafat  qazanıb
9 iyul 2025
# 14:36

Litvanın Şaulyay şəhərində keçirilən X Beynəlxalq Folklor və İncəsənət Müsabiqə-Festivalında iştirak edən “Vətən” musiqi qrupu mükafat qazanıb.

Kulis.az xəbər verir ki, xanəndə Səfalı Mirzəliyev, Ruslan Zərbaliyev (tar), Pərviz Fərhadov (kamança), Elnur Əliyevin (nağara) təmsil olunduğu sözügedən qrup folklor ansamblları nominasiyası üzrə I yerin qalibi olub. Onlar həmçinin “Festivalın ən yaxşı musiqiçiləri” adına və xüsusi mükafata layiq görülüblər.

Ümumilikdə 41 ölkənin qatıldığı müsabiqədə Azərbaycanla yanaşı Litva, Latviya, Portuqaliya, Serbiya, Rumıniya, Slovakiya, Şimali Makedoniya, Sloveniya, Macarıstan, İspaniya, Estoniya və digər ölkələr təmsil olunublar.

Qeyd edək ki, “Vətən” musiqi qrupunun üzvləri həm respublika, həm də beynəlxalq müsabiqələrin qalibləri olmaqla yanaşı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.

# 246 dəfə oxunub

Oxşar xəbərlər

"Öz uğurlarını Ursulanın ayaqları altına atacaq..." - İrvinq Stoun

"Öz uğurlarını Ursulanın ayaqları altına atacaq..." - İrvinq Stoun

13:09 14 iyul 2025
Savadlı adamlar niyə qorxuludur? - Yalçın İslamzadə

Savadlı adamlar niyə qorxuludur? - Yalçın İslamzadə

13:00 14 iyul 2025
Birinci ANİMAFİLM Pitçinq Müsabiqəsi elan olundu

Birinci ANİMAFİLM Pitçinq Müsabiqəsi elan olundu

12:48 14 iyul 2025
Məşhur "Suliko" mahnısına qeyri-maddi mədəni irs  statusu verildi

Məşhur "Suliko" mahnısına qeyri-maddi mədəni irs statusu verildi

12:36 14 iyul 2025
Bakıda yaşamaq, yoxsa Bakıya dözmək? - Şəhriyar niyə Şamaxıya köçdü?

Bakıda yaşamaq, yoxsa Bakıya dözmək? - Şəhriyar niyə Şamaxıya köçdü?

12:00 14 iyul 2025
Aleksandr Mitta vəfat etdi

Aleksandr Mitta vəfat etdi

11:27 14 iyul 2025
# # #