Fransız və çex şairlərinin adlarını özünə təxəllüs seçən Nobel mükafatçısı kim idi?

Fransız və çex şairlərinin adlarını özünə təxəllüs seçən Nobel mükafatçısı kim idi?
12 iyul 2025
# 14:30

12 iyul Latın Amerikası ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Nobel mükafatlı şair Pablo Nerudanın doğum günüdür.

Kulis.az bu münasibətlə Pablo Neruda haqqında maraqlı faktları təqdim edir.

***

Pablo Neruda 1904-cü ildə Çilidə dəmiryolu işçisi bir ata və müəllim bir ananın övladı olaraq dünyaya gəlib. Əsl adı Neftalí Rikardo Reyes Basoalto idi. Şeir yazmağa on yaşında başlamışdı. Lakin atası şeirə və ədəbiyyata qarşı idi. Oğlunun mühəndis, həkim və ya memar olmasını istəyirdi. Hətta onun şeirlər dəftərlərini belə yandırmışdı. 14 yaşında, hələ Santyaqoya getməmiş özünə "Pablo Neruda" təxəllüsünü götürmüşdü. Şair bu təxəllüsü təsadüfi seçməmişdi. Deyilənə görə, Pablo adı məşhur fransız şairi Pol (ispanca Pablo) Valerinin, Neruda soyadı isə çex şairi Yan Nerudanın soyadından götürülmüşdü. Sonralar bu ədəbi təxəllüs şairin həqiqi adına çevrilmişdi.

***


Neruda "Bizim çağımız idarəedici şairlər dövrüdür" deyə yazırdı. Həqiqətən də, həmin dövrdə Leopold Senqor (Seneqal prezidenti), Aime Çezare (Martinique meri) və Romulo Qalleqos (Venesuela prezidenti) kimi şairlər siyasətdə mühüm yer tutmuşdular. Neruda özü də siyasətlə fəal məşğul olub. 1945-ci ildə Çili Senatına seçilib və Çili Kommunist Partiyasına üzv olub. Ömrü boyu faşizmə qarşı mübarizə aparıb.

***


1971-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülən Pablo Neruda bu mükafat barədə sadə və təvazökar fikirlər səsləndirib:
"Nobel kimə verilirsə verilsin, qürurverici mükafatdır. Önəmi varsa, bu, yazara bir az hörmət bəxş etdiyi üçündür."

***


Bir qəzada barmağı sınan Pablo bir müddət yazı makinasından istifadə edə bilmədi və məcburən əl ilə yazmağa başladı. Bu dövrdə yazdığı şeirlərin daha səmimi və duyğusal olduğunu deyirdi. Bundan sonra qərara gəlmişdi ki, yazı makinası şairin hisslərini tam dərinliyi və səmimliyi ilə ifadə edə bilmir.

***


Neruda heç vaxt yazmazdan əvvəl plan qurmazdı. Ən məhsuldar yazı saatları səhərlər idi. O, sadəcə masasında oturar, təbiəti, siyasəti və həyatı müşahidə edərək özünü sözlərin axarına buraxardı. İlhamı gələndə nə vaxt, harada və kiminlə olmağından asılı olmayaraq yazardı.

***

Müsahibələrin birində bir dəfə sual vermişdilər ki, "Evində yanğın olsa, hansı əsərini xilas edərdi?"
Cavabında demişdi: "Heç birini. Nə gərək var ki? Ola bilər ki, bir qızı və yaxud yaxşı bir detektiv hekayələri kolleksiyasını xilas edim. Onlar məni öz şeirlərimdən daha çox əyləndirir."

***


Gənclik dövrünün poetik simvolu sayılan “İyirmi sevgi şeiri və ümidsiz bir mahnı” adlı kitabı hələ o, sağ ikən bir milyondan çox tirajla çap olunmuşdu. Bu əsəri barədə o, belə demişdi: "Eşq və qəlb ağrısı ilə dolu bu kitabın bu qədər oxunmasını anlamıram. Bəlkə də, gənclik dövrünün sirrini təmsil edir, ona görə... Cazibəsini itirməyən dəyərli bir kitabdır."

***

# 934 dəfə oxunub

Oxşar xəbərlər

Mən qurd kimi gəmirərdim bürokratizmi - Vladimir Mayakovski

Mən qurd kimi gəmirərdim bürokratizmi - Vladimir Mayakovski

14:00 13 yanvar 2026
Oktay Kaynarca və Emel Müftüoğlu saxlanıldı

Oktay Kaynarca və Emel Müftüoğlu saxlanıldı

13:00 13 yanvar 2026
“Dilimiz – kimliyimiz”  mövzusunda müşavirə keçirildi

“Dilimiz – kimliyimiz” mövzusunda müşavirə keçirildi

12:15 13 yanvar 2026
Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü – Amil Xəlil kimləri və niyə “damğalayır”?

Köhnə patriarxal zehniyyətin müasir efirdəki təzahürü – Amil Xəlil kimləri və niyə “damğalayır”?

12:00 13 yanvar 2026
Ufuk Özkan xəstəxanaya yerləşdirildi

Ufuk Özkan xəstəxanaya yerləşdirildi

11:57 13 yanvar 2026
Ağamusa Nağıyevin nəvəsi:  "Mən bibim qızı Banini düşüncələrinə görə sevmirəm" - Müsahibə

Ağamusa Nağıyevin nəvəsi: "Mən bibim qızı Banini düşüncələrinə görə sevmirəm" - Müsahibə

11:30 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər