Valeh Kərimov yenidən səhnədə

Valeh Kərimov yenidən səhnədə
30 yanvar 2026
# 13:05

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimov uzun illərdən sonra yenidən səhnəyə qayıdır.

Kulis.az xəbər verir ki, o, tamaşaçıların qarşısına tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında səhnələşdirilən “Sonuncu qonaq” komediya tamaşası ilə çıxacaq.

Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Xalq artisti Valeh Kərimovun özüdür. Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor köməkçisi Ləman Məmmədlidir.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Əsərin mərkəzində əzrail tərəfindən unudularaq yer üzündə qalan, 90 yaşlı, həyata möhkəm bağlanan qoca Əlməndər dayanır. Yaşına baxmayaraq həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonağı – əzraillə üz-üzə qalır.

Ölümə boyun əymək istəməyən qəhrəman müxtəlif hiylələrə əl atır, ustalıqla manevr edir, zamanı uzatmağa çalışır. Tamaşa boyunca həyat və ölüm, insan iradəsi, sevgi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər taleyi ilə barışaraq son qərarını verir.

Tamaşada Valeh Kərimovla yanaşı, əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Əjdər Zeynalov, Ceyhun Məhərrəmov, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alıblar.

# 1111 dəfə oxunub

Oxşar xəbərlər

Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:05 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər