Ukraynanın Xalq artistindən Azərbaycana təşəkkür - Video

Ukraynanın Xalq artistindən Azərbaycana  təşəkkür - Video
21 sentyabr 2023
# 15:45

Ukraynanın Xalq artisti İrina Bilık ölkəsini dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib.

Kulis.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.

"Azərbaycana xalqına dəstəyimi bildirirəm. Rusiyayönlü revanşistlərə və separatçılara qarşı mübarizə aparan Azərbaycan öz ərazisində antiterror tədbirləri həyata keçirir. Necə ki Ukrayna indi öz ərazisində əks-hücum aparır.

Azərbaycan vətəndaşları müntəzəm olaraq ukraynalılara generator, ərzaq və digər humanitar yardımlarla kömək edir. Buna görə onlara çox minnətdarıq! Rəsmi Bakı Ukraynaya enerji avadanlıqlarının alınması üçün yardım edir, pulsuz yanacaq, dərman verir, Buça və İrpen şəhərlərinin bərpasında fəal iştirakçısıdır, həmçinin ukraynalı uşaqların reabilitasiyasında iştirak edir.

Xatırlatmaq istərdim ki, Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da separatçıların Qarabağ ərazisində keçirilən qondarma “Seçkilər”ini rəsmən pisləyib, Azərbaycanın suvenerliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bir daha onlara dəstəyimi bildirirəm! Yaşasın, Ukrayna! Yaşasın, Azərbaycan!".

Xatırladaq ki, İrina Bilık azərbaycanlı rejissor və fotoqraf, “Səs” layihəsinin iştirakçısı Aslan Əhmədovla ailəli olub, onun evliliyindən Təbriz adlı oğlu dünyaya gəlib. İkilinin 2021-ci ilin aprelində ayrıldığı açıqlanıb.

# 3762 dəfə oxunub

Oxşar xəbərlər

Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

Slovakiyanın dissident yazıçısı - O, niyə əri ilə Romaya qaçmışdı?

12:00 21 avqust 2026
Türkiyədə Hipatiyaya həsr olunmuş festival  keçiriləcək

Türkiyədə Hipatiyaya həsr olunmuş festival keçiriləcək

11:50 21 avqust 2026
"Şaxta Baba"nın həyatı ekranlaşdırılır

"Şaxta Baba"nın həyatı ekranlaşdırılır

11:35 21 avqust 2026
Britaniya kinoteatrlarında qadağa - “Meta”nın “casus eynəklər"i qadağan olunacaq?

Britaniya kinoteatrlarında qadağa - “Meta”nın “casus eynəklər"i qadağan olunacaq?

11:07 21 avqust 2026
Tanınmış repçi haqqında film çəkiləcək – Kim canlandıracaq?

Tanınmış repçi haqqında film çəkiləcək – Kim canlandıracaq?

10:30 21 avqust 2026
“Maşa və Ayı” cizgi filminin yaradıcılarına qarşı sanksiyalar

“Maşa və Ayı” cizgi filminin yaradıcılarına qarşı sanksiyalar

10:15 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər