Üç dəfə evləndi, övladlarını faciəli şəkildə itirdi, öləcəyini əvvəlcədən bildi - Nizami Rəmzidən bilmədiklərimiz...

Nizami Rəmzi

Nizami Rəmzi

20 dekabr 2021
# 15:30

Bu gün meyxana ustası Nizami Rəmzinin doğum günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.

1. Nizami Rəmzi ailənin ilk övladı olub. Atasını çox erkən itirdiyindən ailənin bütün yükü onun üzərinə düşüb.

***

2. İlk ailəsi dağılandan sonra ikinci dəfə Hicran adlı qadınla evlənən Nizami anasının bu evliliyə etiraz edəcəyindən ehtiyat edib bu haqda ona heç nə demir. Ona görə də evli ola-ola anası Nizamidən yenidən evləndirir. Lakin, o, anasının gəlin gətirdiyi qadına qarşı soyuq davrandığı üçün bir müddət sonra həmin qadın evdən gedir. Nizami isə onun gedişində həmişə özünü günahkar bilir.

***

3. Hicran adlı qadından isə onun dörd övladı doğulur. Bir qızı və oğlu faciəli şəkildə həlak olur. Nizami oğlunun adını özünə təxəllüs götürür. Ancaq Nizami Hicrandan da ayrılır. Ayrılığa səbəb isə qadın qısqanclığı olur.

4. Nizami qadınla duet ifa edən ilk meyxanaçı olub. Çox yaraşıqlı kişi olduğundan qadınlar özləri onu çay içməyə dəvət edib, şəkil çəkdirirmişlər. Həddindən artıq ağır xasiyyəti olduğundan onu güldürmək çox çətin imiş. Qapı döyüləndə qapıya qadın xeylağının getməsinə qarşı çıxacaq qədər mühafizəkar olub.

***

5. Üçüncü evliliyi sonbeşiyim adlandırdığı özündən 23 yaş balaca Sevda adlı qadınla olub. Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edərək deyib: “Mənimlə qalarsan?” Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşulub qaçır. Onların bu evlilikdən Seyla adlı bir qızı olub. Atası üç yaşında rəhmətə getdiyindən Sevdanı ana babası saxlayır. Nizami ilə qoşulub qaçdığı üçün babası onu heç vaxt bağışlamır. Hətta öləndə də vəsiyyət edir ki, nəvəsini yasına buraxmasınlar.

6. Çox punktual insan olub. Əgər “saat 6-da gələcəyəm”, deyirdisə, demək, saat 6-da dediyi yerdə olmalı idi. Əgər “iki dəqiqə gecikirəmsə, bilin, Nizami ölüb deyirmiş”.

***

7. İnsanlara qarşı münasibətdə də elə olub. Kiməsə toyunu aparmağa söz verirdisə, sonradan ona milyon təklif etsələr də, söz verdiyi toya gedirmiş. Bir dəfə isə onu toyuna dəvət etmək istəyən subay oğlanın pulu olmur. Oğlan çıxarıb üzüyünü beh əvəzi vermək istəyəndə Nizami onun əlini kənara itələyib, toyunu aparacağına söz verir.

8. Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Buna səbəb isə Ağasəlimin musiqili meyxananın əleyhinə olması olub. Onun fikrincə meyxana ancaq nağara ritmi üzərində deyilməli idi. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb. Onun ölümündə Ağasəlim Çıldağın adı hallansa da bu barədə heç nə sübut olunmayıb.

***

9. Ölümündən on gün əvvəl meyxanaçı dostu Kəbirlə birgə söhbətləşirmişlər. Kəbir kəndlərində dəfn olunan ölünün qəbirdə dirilməsindən, kəfəninin cırmasından söhbət edib deyib, “Nizami, sən də öləcəksən, Ağasəlim də. Mən isə meyxananın kralı olacağam”. Nizami isə cavabında belə deyib. “Elə şey yoxdur, biz ikimiz də bir yerdə öləcəyik”. Bu söhbətdən 19 gün sonra 1990-cı il yanvarın 19-da hər iki dost avtomobil qəzasına düşərək həlak olublar. Deyilənə görə Nizami az yaşayacağını bilirmiş. Bir qaraçı qadın fal açaraq deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan.

10. Nizami rəhmətə gedəndə Sevda 4 aylıq hamilə olub. Oğlu olacağını bilsə də, Nizaminin dəfnindən 40 gün sonra uşağı tələf etdirib. Anasının isə oğlunun ölümündən xəbəri olmayıb, evdə qutab bişirəndə gəlini qapıdan içəri girib. Heç nədən xəbərsiz ana gəlinin simasından anlayıb ki, oğluna nə isə olub. Xəmirli əlləri ilə dizinə çırpıb qışqırıb: “Nizami hanı? Balama nəsə olub?”

# 10083 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi

11:49 20 dekabr 2025
Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

11:06 20 dekabr 2025
Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər