“Şuşanın tək incisi” filmi nümayiş olundu

“Şuşanın tək incisi” filmi nümayiş olundu
26 may 2023
# 17:50

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəlik ofisi və Karoli Qaspar Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” filmi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən TDT-nin Nümayəndəlik ofisinin rəhbəri Janos Hovari, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Xurşidbanu Natəvanın sonuncu Qarabağ xanının qızı, şairə, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixində oynadığı mühüm roldan söz açıblar.

1960-cı ildə Natəvanın Bakıdakı abidəsinin və 1982-ci ildə onun Şuşadakı büstünün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə açıldığı qeyd edilib. Eyni zamanda, böyük şairənin Ermənistanın işğalı zamanı güllələnmiş büstünün 2020-ci ildə Şuşanın azad olunmasından sonra öz yerinə qaytarıldığı və şəhərin yenidən dirçəlməsinin simvoluna çevrildiyi diqqətə çatdırılıb. 2022-ci ildə 190 illiyi dövlət səviyyəsində qeyd edilən Natəvanın Ağdamda erməni işğalı zamanı dağıdılmış qəbirüstü abidəsinin yenidən hazırlanaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə açıldığı bildirilib.

Çıxışların ardından “Şuşanın tək incisi” filmi qonaqlara təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə hazırlanan filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır. Xurşidbanu Natəvan obrazını Azərbaycanın Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən dağıdılan evində aparılıb.
Filmdən sonra Türkdilli dövlətlərin gənclərindən ibarət ansambl öz xalqlarına məxsus olan milli mahnıları ifa ediblər.

Tədbirdə Türk dövlətlərinin Budapeştdə akkreditə olunan diplomatik missiyalarının rəhbər və nümayəndələri, Fondun və TDT-nin Nümayəndəlik ofisinin təmsilçiləri, elmi-akademik dairələrin və KİV nümayəndələri, Azərbaycan diasporasının üzvləri və türk dövlətlərdən Budapeştdə təhsil alan tələbələr iştirak ediblər.

# 1904 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər