“Rakurs” bülleteninin bu il üçün ilk buraxılışı nəşr edildi

“Rakurs” bülleteninin bu il üçün ilk buraxılışı nəşr edildi
18 fevral 2026
# 18:44

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” bülleteninin bu il üçün ilk buraxılışı nəşr edilib. AKİ-nin 2025-ci ilin iyul-dekabr aylarında icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində ölkəmizdə kino sahəsində görülən işlərdən bəhs olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki nömrəlisində çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.

Rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən keçirilən “Mən qadınam” tammetrajlı film bədii ssenarisi müsabiqəsinin finalçılarının müəyyənləşməsi, kino səfərlərinin dəstəklənməsi, Milli Kino Günü münasibətilə ənənəvi mükafatların qaliblərinin elan edilməsi, amerikalı müəllif Sid Fildin ssenari üzrə bestseller kitabının tərcümə edilməsilə bağlı məlumatlar təqdim olunub.

Bundan başqa, bu nəşrdə dünya klassik kinosunun Azərbaycan dilində təqdim olunması, Xalq artisti Həmidə Ömərovanın “ABŞ kino tarixi” ikicildliyi və “Alman kino tarixi” adlı kitablarının nəşr olunmasına maddi dəstək göstərməsi, AKİ-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə maliyyə dəstəyi verdiyi “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabının çapdan çıxması, “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin elan edilməsi, Qələbəmizin 5 illiyinə həsr olunmuş tədbir keçirilməsi, “Lənkəranda kino günləri”nin keçirilməsi, debüt filmlərinin nümayişi, “Öz filmini yarat” təlim proqramı haqqında məlumatlar yer alıb.

İnformasiya bülletenində rejissor Şamil Əliyevin 65 illik yubileyi münasibətilə “Yaradanlar-2” və “Körpələrin göz yaşı” sənədli filmlərinin nümayişindən, XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində iranlı aktrisa, rejissor Niki Kərimli ilə gənc kinematoqrafçıların görüşünün keçirilməsindən, ssenaristlərin problemlərinin müzakirə olunmasından, dünya kinosunun 130 illiyinin qeyd edilməsindən, AKİ-nin illik hesabatının geniş oxucu auditoriyasına təqdim edilməsindən, eləcə də ümumilikdə Azərbaycanda kino aləmində baş verən yeniliklərdən də bəhs olunub.

Əsas məqsəd, AKİ-nin gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarət olan, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin məsləhəti ilə çap edilir.

Bülletenin nəşrə məsulu, AKİ-nin icraçı katibi, rejissor Əli İsa Cabbarov, tərtib edən və nəşrə hazırlayanı Ramil Ələkbərov, redaktoru Aygün Aslanlıdır.

# 695 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər