Qaynının vasitəsilə ədəbiyyata gələn yazıçı - Onun Nobel mükafatı alması niyə vətənində mübahisə doğurmuşdu?

Qaynının vasitəsilə ədəbiyyata gələn yazıçı - Onun Nobel mükafatı alması niyə vətənində mübahisə doğurmuşdu?
20 avqust 2025
# 14:00

20 avqust tanınmış italyan yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatçısı Salvatore Kvazimodonun doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçınən həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Salvatore Kvazimodo 1901-ci ildə Siciliyanın Modike şəhərində, dəmiryol stansiyası rəisinin ailəsində anadan olub.

Əvvəl texniki məktəbdə, sonra Roma Politexnikində oxusa da, maddi çətinliklər üzündən yarımçıq qoyub. Ekstern imtahan verərək topoqraf ixtisası alıb.

Qaynı - yazıçı Elio Vittorini vasitəsilə 1929-cu ildən ədəbi çevrələrə yaxınlaşıb. İlk şeirləri “Solaria” jurnalında çap olunub.

İlk şeirlərindən cəmi 3 il sonra Florensiyanın “Antico Fattore” mükafatını alıb.

İtalyan faşizminə heç vaxt rəğbət bəsləməyib. 1939-cu ildə “Tempo” jurnalının baş redaktoru olub.

1942-ci ildən Milan konservatoriyasında italyan ədəbiyyatı professoru işləyib.

Homer, Sofokl, Esxil, Vergili, Katull, həmçinin ispan və amerikalı şairlərin əsərlərini italyan dilinə çevirib

Müqavimət hərəkatına qoşulub və həbs olunub. 1945-ci ildə Kommunist partiyasına üzv olsa da, sifarişli şeir yazmaq istəmədiyindən əlaqəni kəsmişdi.

1958-ci ildə sovetlərin dəvəti ilə Moskvada yarım il yaşamışdı.

1959-cu ildə “zəmanəmizin faciəli təcrübəsini klassik sanballılıqla ifadə edən lirikasına görə” Ədəbiyyat üzrə Nobel mükafatı alıb.

Bu qərar hətta İtaliyada da təəccüb və mübahisə doğurmuşdu.

Messina və Oksford universitetlərinin fəxri doktoru olub. Ömrünün son illərində Asiya və Avropada mühazirələr oxuyub.

O, antik köklərə bağlı hermetizm cərəyanının nümayəndəsi sayılır, amma sənətkarlıq baxımından Montale, Eliot və Yetslə müqayisədə zəif hesab olunur.

Yazıçı 1968-ci ildə İtaliyanın Napoli şəhərində vəfat edib.

# 1442 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

15:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər