Qarabağ qazisinin kitabı çap olundu

Qarabağ qazisinin kitabı çap olundu
21 fevral 2022
# 18:20

Qarabağ qazisinin “Ünvansız məktub” əsəri nəşr edilib.

Kulis.az-ın verdiyi xəbərə görə, Qarabağ qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” xatirə-povesti “Yeni Poliqrafist” Nəşriyyatında çapdan çıxıb.

Qarabağ döyüşlərinə həsr olunmuş əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə baş vermiş maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür.

Kitabın annotasiyasında yazılır: “Ünvansız məktub”u həyəcansız oxumaq olmur və onu oxuyarkən müharibənin dəhşətli mənzərələrinin, dağıntılarının, düşmənin işğalçılıq siyasətinin şahidi olur, eyni zamanda, igid əsgərlərimizin şücaəti, qorxmazlığı, vətən sevgisi ilə tanış olaraq qürurlanırıq.

Xatirə-povesti döyüşdə olan bir əsgərin gündəliyi kimi də təsnif etmək olar…”

Kitabın tərtibçisi və məsləhətçisi AYB katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, redaktoru yazıçı Narıngül Nadir, rəssamı Ədalət Həsəndir.

# 3513 dəfə oxunub

Oxşar xəbərlər

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər