Oskar mükafatını satmaq olar? - Kinonun qızıl cəngavəri haqqında

Oskar mükafatını satmaq olar? - Kinonun qızıl cəngavəri haqqında
29 noyabr 2023
# 21:00


Oskar – Amerika Kino Aka­demiyasının illik mükafatı­dır. Onun təqdimat mərasimi onlarla ölkədə canlı yayımlanır.

Kulis.az Oskarın tarixçəsi və mükafat haqqında maraqlı faktları təqdim edir.


Yaranma tarixçəsi

1927-ci ildə "Metro-Goldwyn-Mayer" şirkətinin rəhbəri Luis Bart Mayer dostlarıyla kino sənətinin inkişafı istiqamətində fəaliyyət göstərəcək qu­rum yaratmaq ideyasını bölüşür. Bir həftə sonra – 11 yanvar 1927-ci ildə isə Mayer kino xadimlərinin iştirak etdiyi ziyafət­də Kinematoqrafiya Sənəti və Elmi Beynəlxalq Akademiyasını yarat­mağı təklif edir (sonradan hüquq­şünasların təklifi ilə "beynəlxalq" sözü ixtisar olundu). İdeya dəstək­lənir və sənədləşmə işləri başlanır.

Akademiyanın ilk prezidenti Duqlas Ferbenks olur. Həmin ilin mayında qurum qeyri-kommersi­ya müəssisəsi kimi fəaliyyətə başlayır.

1940-cı ildə Ferbenks, on bir il sonra isə Mayer fəxri Oskar mükafatına layiq görüldülər.

Qızıl cəngavər heykəli

Akademiya üzvləri kinematoqrafiyadakı uğurları fərqləndirmək üçün illik mükafat təsis etdilər. Onun qalibi səsvermə yolu ilə müəyyənləşməli idi.

Mükafatın – heykəlciyin dizaynı üzərində "MGM"-in art-direktoru Sedrik Gibbons işlədi. Bu, kinolent üzərində dayanmış qılınclı cən­gavər idi. Sonradan memar Corc Stenli onun heykəlini yaratdı.

Bu gün də cəngavərin dayandı­ğı postament – kinolentin üzərin­də beş çıxıntı (akademiyanın beş ilkin şöbəsi – prodüserlər, rejis­sorlar, ssenariçilər, aktyorlar, texniklər) qalmaqdadır.

Yeri gəlmişkən, S.Gibbons özü­nün dizaynının verdiyi mükafatdan düz on birini alıb ki, bu mənada o, yal­nız Uolt Disneydən geri qalır. Məşhur cizgi filmləri rejissorunun hesabında 26 qızıl cəngavər var.

II Dünya Müharibəsi illərində hər kiçik metal parçası cəb­hədə lazım olduğundan, heykəl­cik gipsdən hazırlanırdı. Üç il be­lə davam etdi. Sonra akademiya yenə qızıl suyuna salınmış metala müraciət etdi.

Əgər hey­kəlcik itər, oğurlanar və ya sa­tılarsa, akademiya onu yenidən sahibinə qaytarmağa borcludur. Bunun üçün əvvəlcədən əlavə dublikatlar hazırlanır. Üstəlik, bə­zən bir nominasiya üzrə qalib iki şəxs elan olunur.

Heykəlciyin hündürlüyü 34 santimetr, çəkisi 3.8 kiloqramdır.

"Oskar"ın adı

Bu kino mükafatını dünya­da Oskar kimi tanıyırlar. Am­ma ilk əvvəl bu heykəlcik "fərqləndirici mükafat" adlanırdı.

Deyilənə görə, akademiyanın kitabxanaçısı Marqaret Herrik (son­radan icraçı direktor oldu) ilk dəfə heykəlciyi görəndə onu babası Oskara bənzətdi. Sonradan, 1934-cü ildə Hollivud kino tənqidçisi Sidni Skolski ən yaxşı qadın rolu nominasiyasında Ketlin Helbernin qələbə­si barədə məqalə yazanda müka­fatı "Oskar" adlandırdı. Beləliklə də, mükafat "Oskar" adı ilə dünyada tanındı.

Bununla belə, Amerika Ki­no Akademiyasının bu mükafatı rəsmən yalnız 1939-cu ildə "Oskar" adlandı.

İlk əvvəl heykəlciyin təqdim olunması sırf formal xarakterli idi. Çünki qaliblə­ri üç ay əvvəlcədən elan edirdilər. Növbəti il hər şey dəyişdi, amma akademiya yenə də səsvermənin nəticələrini gizli saxlamağı lazım bilmirdi. Sonralar Akademiyanın siyasəti dəyişdi, qalibləri artıq yalnız səh­nədən elan edirdilər – aparıcı zərfi açır və oradakı adı oxuyurdu. Hə­min yanaşma bu gün də öz qüvvəsindədir.

Səsvermə

Hər il dekabrın sonunda akade­miyanın səsvermə hüququ olan bütün üzvlərinə (onların sayı 6 min nəfərdir – red.) xüsusi bülle­tenlər paylanılır. Yanvar ayında bu bülletenlər "Pricewaterhouse- Coopers" audit şirkətinə qaytarı­lır. Səs sayını da bu şirkət hə­yata keçirir.

Hələ noyabr ayından başlaya­raq, kinostudiyalar akademiya üzvlərinin filmə baxması üçün müxtəlif şirnikləndirici vasitələr­dən istifadə edirlər: bəziləri film təqdimatları üçün dəbdəbəli zi­yafətlər təşkil edir, bəziləri isə filmin DVD-sini hədiyyə göndərirlər.

Akademiya səsvermə zamanı təbliğat məsələlərinə ciddi diqqət ayırır. Bu məqsədlə xüsusi qaydalar işlənib-ha­zırlanıb.

İnkişaf mərhələləri

1930-cu il. Nominasiyaların sayı 12-dən 8-dək endirildi. Həmin vaxtdan sonra isə bu say tədricən artdı.

1937-ci il. İkinci plan aktyorlarına (Uolter Brennan "Gəl və sahib ol" və Geyl Sonderqaard "Uğursuz Antoni") ilk dəfə mükafatlar təqdim edildi.

1940-cı il. İlk dəfə xüsusi effektlərə görə "20th Century Fox" şirkətinin təmsilçiləri Fred Sersen və E.X.Hensen ("Yağışlar başladı" filmi, 1939) bu mükafata layiq görüldülər.

1942-ci il. "Ən yaxşı sənədli film" nominasiyası yaradıldı. Qalib Stüart Leqqin "Çörçill adası" filmi (Kanada, 1941) oldu.

1948-ci il. Əcnəbi dildə ilk film üçün xüsusi mükafatı İtaliya rejissoru Vittorio de Sikanın "Şuşa" (1947) filmi aldı. 1956-cı ildən etibarən bu nominasiya illik status qazandı.

1949-cu il. "Geyim üzrə rəssam" nominasiyası elan edildi.

1964-cü il. "Xüsusi effektlər" nominasiyası səs və vizual effektlər bölməsinə ayrıldı.

1982-ci il. Ən yaxşı qrim üzrə nominasiya yaradıldı və mükafatı "Amerika qulyabanısı" (1981) filminə görə Rik Beyker aldı. Hazırda Rikin hesabında 7 heykəlcik var – hamısı da ən yaxşı qrimə görə.

2002-ci il. Ən yaxşı animasiya filmi üzrə nominasiyası əlavə olundu. Mükafatı "Şrek" cizgi filmi (2001) qazandı;

"Oskar"ın ən kiçik yaşlı sahibəsi Şirli Templ oldu. Şirli bu mükafata 6 yaşında – "Parıldayan gözlər" (1934) filminə görə layiq görüldü;

"Oskar"ı ən ahıl yaşında alan isə Emmanuel Riva oldu. O, 85 yaşında – "Sevgi" (2012) filmindəki roluna görə bu mükafatı qazandı.

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

"Şeir gərək azad ruhla yazılsın..." - Nərmin Kamal

"Şeir gərək azad ruhla yazılsın..." - Nərmin Kamal

12:00 30 noyabr 2024
"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
# # #