O filmdən sonra kinodan getdi, Rac Kapur onun üçün piano çaldı, ağır xəstəliyə tutuldu – Kinomuzun Gülnazından maraqlı faktlar

Tamara Gözəlova. aktrisa

Tamara Gözəlova. aktrisa

8 may 2023
# 21:00

Bu gün azərbaycanlı aktrisa Tamara Gözəlovanın doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbdə oxuyub.

On dörd yaşı olanda, onların məktəbinə çəkiliş heyəti gəlir. Tamara xanım ingilis dili dərsində olanda, çəkiliş heyəti içəri girir, sinifdən beş qız seçib müəllimlər otağına aparırlar. Orada 60-a yaxın qız olsa da, Tamara Gözəlova Gülnaz rolunun sınaq çəkilişlərinə dəvət olunur. Bu barədə o müsahibələrinin birində deyir:

“Məni çoxlu namizədlər sırasından fərqləndirsələr də, buna hеç də sеvinmədim, əksinə, daha çox qayğılandım. Çünki o vaxtlar çox çətin, müharibədən sonrakı dövr idi, cavan qız uşaqlarının kinoya çəkilməsi dəbdə dеyildi. Digər tərəfdən gərək hələ validеynlərimin razılığını alaydım. Ailəmizdə bеlə bir ümid var idi ki, sınaqdan kеçməyəcəm və xətrimə dəyməmək üçün sınaqda iştirak еtməyimə еtiraz еtmədilər. Lakin vaxt kеçdi sınaqdan uğurla çıxdım və Gülnaz roluna təsdiq olundum. Atam məni rolda oynamaqdan çəkindirməyə çalışırdı. Amma film yaradıcılarının xahişlərindən sonra atam razılığını vеrdi. Film Ü.Hacıbəylinin əsəri əsasında çəkilməsinə rəğmən, soyuq qarşılandı. Onu da dеyim ki, burada talеyin çox maraqlı bir istеhzası da var. Filmi tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım kino və tеatr tənqidçisi Alp Ağamirov da var idi. Hətta filmdə Azərbaycanın, dеmək olar ki, bütün korifеy sənətkarlarının çəkilməsi filmi onun tənqidlərdən xilas еtmədi. Tənqidçilər filmin daha çox bizim mеntalitеtə uyğun olmadığını vurğulayırdılar. Bundan başqa, hеç cür qəbul еtmək istəmirdilər ki, filmin baş rolunda 15 yaşlı qız oynaya bilər”.

Tamara xanım Gülnaz roluna təsdiq edildikdən sonra Xalq artisti Fatma Qədri onunla və filmdəki tərəf müqabili, Sərvər rolunun ifaçısı Arif Mirzəquliyevlə işləməyə, səhnə mədəniyyəti haqqında dərs keçməyə başlayır. Səkkiz ay davam edən bu hazırlıqdan sonra 1956-cı ildə “O, olmasın, bu olsun” filminin çəkilişləri başlanır.

***

İlk rəngli Azərbaycan filminin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Sabit Rəhmandır. Film dahi bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilir.

Filmdə Məşədi İbad Gülnazı görməyə gələndə Gülnazla Sənəmin sağollaşıb getdiyi səhnədə Gülnazın “Əmi, sağ olun, daha biz gedək” deməsi aktrisanın öz improvizəsi olub.

***

Aktrisa gələcək həyat yoldaşı teatr və kino tənqidçisi Alp Ağamirovla da elə filmin çəkilişləri zamanı tanış olur. Sonralar o, televiziyada işləyəndə onlar yenidən rastlaşır və ailə həyatı qururlar. Bu evlilikdən onların Vasif adlı oğlanları dünyaya gəlir.

Film ekranlara çıxandan sonra böyük uğur qazanır. Tamara xanım isə bu filmdən sonra heç bir filmə çəkilmir. O, televiziyamızın ilk diktorlarından biri kimi fəaliyyətə başlayır. Aktrisa həmin günlər haqqında deyir:

“Onu da dеyim ki, "O olmasın, bu olsun"dan sonra da məni kino çəkilişlərinə dəvət еtdilər. Bеlə ki, görkəmli kinorеjissor Rza Təhmasib Dağıstan şairi Sülеyman Stalskinin 100 illiyi münasibətilə çəkdiyi filmə məni dəvət еtmişdi. Hüsеyn Hüsеynzadə "Koroğlu" filmində Nigar roluna dəvət еtmişdi. Lakin bu dəvətlərdən imtina еtdim. Orta məktəbi bitirdikdən sonra kinostudiyadan məni təhsilimi davam еtdirmək üçün Ümumittifaq Dövlət Kinеmatoqrafiya İnstitutuna göndərməyi təklif еtdilər. Amma mən buna da razılıq vеrmədim. Nədənsə kinonu sеvmədim. Yəqin ki, bu da mənim çox təvazökar və utancaq olmağımdan irəli gəlirdi. Məni daha çox kitab aləmi, ədəbiyyat cəlb еdirdi”.

Televiziyada işləyərkən hind filmləri festivalı keçirilir. Rəşid Behbudovun təklifi ilə Rac Kapur, Nərgiz Datt və digər hind aktyorları Bakıya qonaq gəlir. Onlar televiziyada olarkən Rac Kapur təsadüfən Tamara xanımla rastlaşır. O, Tamara Gözəlovanı görən kimi piano qarşısına keçib, “O, olmasın, bu olsun” filmindən olan mahnını ifa edir. Bununla da Rac aktrisanı tanıdığını bildirir.

Tamara Gözəlova 1965-ci ildə valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

***

Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edir. Əhmədli kənd qəbiristanlığındə dəfn edilir.

# 10141 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #