“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi

“Mikloş Radnoti və macar poeziyası” adlı tədbir keçirildi
16 iyun 2023
# 17:40

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günü Macarıstana həsr olunub.

Kulis.az xəbər verir ki, Macarıstan Gününü rəsmi açıq elan edən Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma Festivalın əhəmiyyətindən, macar ədəbiyyatı və mədəniyyətinə Azərbaycanda olan maraqdan, eləcə də Səfirliyin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığından bəhs edib.

Səfir macar ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcümə edilməsini yüksək qiymətləndirərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən məşhur macar şairi Mikloş Radnotinin “Çiçəklərin nəfəsi” adlı şeirlər toplusunun nəşr edilməsi barədə danışıb.

Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görkəmli macar şairi Mikloş Radnoti və macar poeziyasına həsr olunmuş panel keçirilib.

Paneldə moderatorluq edən Fondun layihə rəhbəri Leyla Həsənova təşkilatın türk xalqlarının çoxəsrlik zəngin mədəni irsinin qorunması, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Daha sonra o, Fondun müşahidəçi dövləti – Macarıstan ilə əməkdaşlıqdan, “Macar yazıçılarının antologiyası”nın hazırlanması, Bela Bartok, Mikloş Radnoti və digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələrdən, eləcə də tarix boyu davam edən macar və türk xalqlarının dostluq münasibətlərindən söz açıb.

M.Radnoti barədə söz açan Fondun nümayəndəsi “Çiçəklərin nəfəsi” adlı kitab barədə ətraflı danışaraq, şairin macar ədəbiyyatında öz məxsusi dəst-xətti ilə seçilən klassiklərdən biri olduğunu, parlaq istedadı ilə yanaşı, həm də cəsarətli, açıq sözlü xarakterə malik olduğunu bildirib.

Daha sonra şair, ədəbiyyatşünas, macar şairi Şandor Petofiyə ithaf olunmuş beynəlxalq şer yarışmasının Azərbaycan birincisi Ramil Əhməd M.Radnotinin həyat və yaradıcılığı haqqında, onun II Dünya Müharibəsi dövründə faşizmlə mübarizədəki rolundan ətraflı danışıb, kitab barədə öz fikirlərini bölüşüb və şairin şerlərini Azərbaycan dilində səsləndirib.

Panelin digər iştirakçısı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, "Macar-Azərbaycan ədəbi əlaqələri" mövzusunda dissertasiya işini hazırlamış Rəna Cahangirli M.Radnoti və digər Macar şairlərinin əsərlərini Macar dilində səsləndirib, Macar və Azərbaycan ədəbiyyatı arasında oxşarlıqlara toxunub, eləcə də əsrlərdən davam edən Macar-Türk qardaşlıq münasibətlərinin müxtəlif əsərlərdə əks olunmasının nümunələrini təqdim edib.
Sonda Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rəsul Hacızadə Macar bəstəkarı İ.Bramsın əsərlərini tarda ifa edib.

# 2487 dəfə oxunub

Oxşar xəbərlər

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

12:10 2 noyabr 2026
“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər