Məndən bir şey qalmaz bu yer üzündə - Günün şeiri

Məndən bir şey qalmaz bu yer üzündə - Günün şeiri
17 aprel 2024
# 13:00

Bu gün şair Xəyal Rzanın doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və "Məndən bir şey qalmaz bu yer üzündə" şeirini təqdim edir.

Məndən bir şey qalmaz
Bu yer üzündə
Bir qara köpük də
Bir qara daş da
İndi hər nə varsa
Göy üzündədi
Qanadlı balıq da
Qanadsız quş da
Məndən bir şey qalmaz
Bu yer üzündə
Nə şeir, nə yazı, nə söz, nə söhbət
Bütün yetimlərə mərhaba...
Bir də...
Məhəbbət, məhəbbət, yenə məhəbbət!
Məndən bir şey qalmaz
Bu yer üzündə
Mənim nəyim var ki
Mənim kimim var
Yeyib-bitiriblər bütün dünyanı
Bircə mən qalmışam...
Və... Qarışqalar
Məndən bir şey qalmaz
Bu yer üzündə
Yosunlar ehsandı ayaq izimdə
Məndən heç nə qalmaz
Bu yer üzündə
Nə Allah özündə, nə göy özündə
Məndən heç nə qalmaz
Bu yer üzündə...
Yosunlar, yosunlar, yazıq yosunlar
Hər şey mənimlədir, yerdən göyədək
Bütün başlanğıclar və bütün sonlar

# 2984 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

18:32 26 noyabr 2026
Tanınmış reper qəzaya düşdü

Tanınmış reper qəzaya düşdü

17:49 26 noyabr 2026
Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

Dünyanın ən böyük şəhər muzeyi fəaliyyətə başlayacaq

16:43 26 noyabr 2026
53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

53 barmaqlı robot pianoçu səhnəyə çıxdı

16:21 26 noyabr 2026
Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı”  adlı tədbir keçirildi

Azərbaycan Milli QHT Forumunda “İpək irsimiz - kəlağayı” adlı tədbir keçirildi

16:07 26 noyabr 2026
Məşhur model vəfat etdi

Məşhur model vəfat etdi

15:42 26 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər