Mədəniyyət naziri Akademik Musiqili Teatrın qonağı oldu

Mədəniyyət naziri Akademik Musiqili Teatrın qonağı oldu
7 noyabr 2024
# 09:36

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin teatr-konsert müəssisələri və müvafiq təhsil ocaqlarının kollektivləri ilə görüşləri davam edir. Müəssisələrin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.

Mədəniyyət naziri noyabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivlə görüşüb. Musiqili Teatrın zəngin keçmişə, özünəməxsus sənət ənənələrinə malik olduğunu deyən nazir ölkəmizdə teatr sahəsinə göstərilən dövlət dəstəyindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev mədəniyyət sahəsinin də inkişafını daim diqqətdə saxlayır. Son illərdə teatrlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, paytaxtda, həmçinin bölgələrdə yeni teatr binalarının tikilməsi və əsaslı təmir-bərpası istiqamətində böyük işlər görülüb və bu sahədə fəaliyyət davam etdirilir.

Qeyd olunub ki, zaman-zaman Musiqili Teatrda korifey sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının diqqətəlayiq nümunələri tamaşaya qoyulub. Kollektiv tamaşaçıların estetik zövqünü oxşayan maraqlı səhnə əsərlərini nümayiş etdirir. Musiqili Teatr da nazirliyin dəstəyi ilə həm ölkədaxili, həm də xarici qastrol səfərlərində iştirak edir.
Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivlə görüşə görə nazirə minnətdarlığını bildirib, teatrın uğurları ilə yanaşı, bəzi diqqət çəkilməli olan məsələlərdən danışıb.


Teatrın əməkdaşları – Xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Nadir Xasiyev, Əməkdar incəsənət xadimi dirijor Fəxrəddin Atayev, aktyorlar Gülcahan Salamova, Eleonora Mustafayeva, Gültac Əlili, xor artistləri Aydan Əliyeva, Günel Qafarova, teatrın quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova, teatrın baş rəssamı Vüsal Rəhim və başqaları çıxış ediblər. Kollektivin üzvləri təklif və müraciətlərini dilə gətiriblər.
Nazir deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən teatr sahəsində də islahatların aparılması prioritet istiqamətlərdən biridir.

Sonda kollektivin bir sıra üzvlərinin sualları cavablandırılıb.

# 1334 dəfə oxunub

Oxşar xəbərlər

Nəzakət Məmmədovanın son arzusu - Onu ölümə aparan məktubda nə yazılmışdı?

Nəzakət Məmmədovanın son arzusu - Onu ölümə aparan məktubda nə yazılmışdı?

18:40 21 oktyabr 2025
37-ci ilin qanlı kölgəsi - Müşfiqin evinə girən gözlənilməyən "qonaqlar" kimlər idilər?

37-ci ilin qanlı kölgəsi - Müşfiqin evinə girən gözlənilməyən "qonaqlar" kimlər idilər?

18:27 21 oktyabr 2025
Yanvar qaranlığının işığı - Xəlil Rza Ulutürkü niyə həbs etmişdilər?

Yanvar qaranlığının işığı - Xəlil Rza Ulutürkü niyə həbs etmişdilər?

18:16 21 oktyabr 2025
Qəşəm Nəcəfzadə: "Məmməd İsmayıl məni çap etmirdi"

Qəşəm Nəcəfzadə: "Məmməd İsmayıl məni çap etmirdi"

18:01 21 oktyabr 2025
Ermənistanda kilsənin televiziya kanalı bağlana bilər

Ermənistanda kilsənin televiziya kanalı bağlana bilər

16:07 21 oktyabr 2025
"İndiki qızların gözü tez açılır" - Övladlarını "satan" valideynlər haqqında  niyə tədbir görülmür?

"İndiki qızların gözü tez açılır" - Övladlarını "satan" valideynlər haqqında niyə tədbir görülmür?

15:00 21 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər