Madonna növbəti rekorda imza atdı

Madonna növbəti rekorda imza atdı
31 avqust 2022
# 17:56

Məşhur müğənni Madonna musiqidə yeni dünya rekorduna imza ataraq, karyerasının başlanğıcından dəfələrlə Billboard 200 top onluğuna düşən ilk qadın ifaçısıdır. Əvvəllər məşhur qadın musiqiçilərindən heç biri bu cür rekorda sahib ola bilməyib.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, bu uğurlu fəaliyyət Madonnanın ilk albomunu təqdim etdiyi 1983-cü ildən etibarən nəzərə alınır. Madonna təqribən 50 dəfə ifaçıların müvafiq reytinqinin lideri olub. Belə bir nailiyyəti təkrarlamaq son dərəcə çətindir. Müğənninin yeni bəstəsi "Final enough love" adlanır. Mahnı iyunun sonunda buraxılmağına baxmayaraq Billboard reytinqinin top-10 siyahısındakı mövqeyini qoruyub saxlayır. Hazırda mahnı top onluğun 8-ci yerindədir. Top Album Sales-in məlumatına görə ifaçının son albomu həftənin ən çox satılan albomları sırasındadır.

Qeyd edək ki, belə bir uğurlu rekorda kişi ifaçılarından ibarət daha doqquz musiqiçi nail ola bilib. Onların arasında dünyaşöhrətli ifaçılar Pol Makkartni, Bryus Sprinqstin, AC/DC qrupu və başqaları var.

# 2850 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər