Macarıstanda Nizami Gəncəvinin büstü açıldı

Macarıstanda Nizami Gəncəvinin büstü açıldı
20 oktyabr 2023
# 13:34

Oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərində yerləşən Hungarikum parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirə fəxri qonaq qismində Milli Məclisin sədrinin birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli dəvət olunub. Tədbirdə, həmçinin Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejak, Macarıstanın Mədəniyyət Nazirliyinin Dövlət katibinin müavini Yanoş Sentmartoni, Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin, yerli hakimiyyət orqanlarının, ictimaiyyətin və ali təhsil ocaqlarının nümayəndələri, azərbaycanlı və macar tələbələr iştirak ediblər.

Y. Sentmartoni çıxışında Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində tərənnüm olunan dostluğa istinad edərək, ölkələrimiz arasında genişləndirilmiş strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrindən danışıb. Ortaq tarixi köklər, Azərbaycan və Macarıstan liderləri arasındakı dostluq münasibətləri, iki ölkənin üzləşdiyi bənzər təhlükəsizlik təhdidləri, energetika sahəsində əməkdaşlıqla yanaşı, Macarıstanın Avropa İttifaqının üzv dövləti olaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına göstərdiyi müstəsna dəstək xüsusi vurğulanıb.

Əli Hüseynli ölkəmizin bu günlərdə tarixi qələbəsini qeyd etdiyini, Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olunmaqla ərazilərimizin işğalına son qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycan poeziyasının inkişafında tarixi rolu olan Nizami Gəncəvinin büstünün Lakitelek şəhərində ucaldılmasına görə Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejaka minnətdarlığını bildirib.

Eyni zamanda, Macarıstanın həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq platformalarda ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib. Milli Məclis sədrinin müavini, eyni zamanda, Ş. Lejakın cari ildə ölkəmizə səfərini və parlamentdəki çıxışını xatırladıb, iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Şandor Lejak çıxışında Hungarikum parkda görülən işlər barədə məlumat verib. O, Türk dövlətlərinin mədəniyyət xadimlərinin abidələrinin ucaldılması istiqamətində işin davam etdiriləcəyini, Qazaxıstan, Qırğızıstan və Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistan təmsilçilərinin büstlərinin də bu parkda yerləşdiriləcəyini bildirib.

Rəsmi hissədən sonra Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin gənclərindən ibarət ansambl Azərbaycana və digər türk xalqlarına məxsus mahnılar səsləndirib.

Sonda tədbir iştirakçıları Nizami Gəncəvinin büstü önünə əklillər və gül dəstələri qoyub, xatirə şəkilləri çəkdiriblər.

AZƏRTAC

# 1563 dəfə oxunub

Oxşar xəbərlər

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

13:52 9 avqust 2026
Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə  "muminlərin anası" adlandırırdılar?

Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə "muminlərin anası" adlandırırdılar?

13:30 9 avqust 2026
"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

12:30 9 avqust 2026
Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

10:30 9 avqust 2026
"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər