Londonda Vətən müharibəsinin ildönümünə həsr edilmiş konsert keçirildi

Londonda Vətən müharibəsinin ildönümünə həsr edilmiş konsert keçirildi
6 noyabr 2021
# 10:02

Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə Londonun mərkəzində yerləşən mötəbər zallardan birində Vətən müharibəsindəki qələbəmizin birinci ildönümünə həsr edilmiş “Sülhün Səsləri” adlı qala konsert keçirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, 350-400 nəfərədək qonağın qatıldığı tədbirdə Britaniyada yaşayan Azərbaycanlılar, həmçinin Azərbaycanın dostları iştirak edib.

Tədbirin aparıcısı və əsas təşkilatçısı Fəridə Pənahova açılış nitqində bildirib ki, bəhs olunan konsert qələbə ilə yanaşı, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə, eləcə də Bayraq gününə həsr olunub. O bildirib ki, harada yaşamasından asılı olmayaraq Azərbaycan bütün Azərbaycanlıların qürur mənbəyidir və ötən il 44 günlük müharibədə keçdiyimiz zəfər yolu heç bir zaman yaddaşlarımızdan silinməyəcəkdir. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Xalq artisti, mezzo-soprano Fidan Hacıyevanın ifasında Britaniya və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə, həmçinin Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, eləcə də səfirliyin əməkdaşları iştirak edib. Çıxış edən E. Süleymanov Azərbaycan xalqını tarixi qələbə münasibəti ilə təbrik edib və qələbənin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, ordumuzun rəşadəti və xalqımızın birliyinin böyük rolu olduğunu söyləyib.

Britaniyalı yazıçı və tarixçi Patrik Volş çıxışı zamanı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra erməni işğalına məruz qalmasına baxmayaraq bu haqsızlıqla heç bir zaman barışmadığını və nəhayət ötən il tarixi ədaləti bərpa etdiyini bildirib. Qələbənin Azərbaycan xalqını necə ruhlandırdığını bir neçə həftə öncə Azərbaycana səfəri zamanı öz gözləri ilə müşahidə etdiyini qeyd edən P. Volş çıxışını “Qarabağ Azərbaycandır” ifadəsi ilə sonlandırıb.

“Sülhün səsləri” adlı konsert proqramı çərçivəsində Britaniyada yaşayan Azərbaycanlı musiqiçilər Nəzrin Rəşidova, Günel Mirzəyeva, Səadət Fərziyeva, Camal Əliyev, Rasim Fərziyev, Arzu Abbasova, o cümlədən “Odlar Yurdu” ansamblı Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar, Qarabağ şikəstəsi, Bayatı-Kürd, Vətən balladası və sairə musiqi nömrələrini səsləndirib, eləcə də Fidan Hacıyeva, Gülşən Akın, Oya Ergün, Emiliya Yaqubova və sairə kimi müğənnilər “Sevgili canan”, “Laçın”, “Sarı Gəlin”, “Sənə də qalmaz”, “Azərbaycan” və sairə kimi mahnıları ifa edib.

Tədbirin sonunda konsertə qatılan müğənni və musiqiçilər auditoriya ilə birlikdə Müslüm Maqomayevin “Azərbaycan”, eləcə də “Can Azərbaycan” mahnılarını ifa edib.

Tədbirin təşkilinə Fəridə Pənahova ilə yanaşı, diaspora fəallarından Heydər Nağıyev, Fərziyev, Kamran Əzizi, Vüsalə Kərimova, Alan Ömərov, Sevinc Nəbiyeva, Şəfiqə Roberts də cəlb olunub.

# 3312 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

19:30 11 aprel 2026
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

15:50 11 aprel 2026
Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

15:30 11 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Parisdə  Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

14:30 11 aprel 2026
Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər