“Literaturnaya qazeta”da Əliağa Vahidə həsr olunan məqalə çap olundu

“Literaturnaya qazeta”da Əliağa Vahidə həsr olunan məqalə çap olundu
17 fevral 2025
# 18:36

Rusiyanın məşhur “Literaturnaya qazeta” nəşrində Əliağa Vahidə həsr olunan məqalə çap olunub.

Kulis.az xəbər verir ki, tibb elmləri doktoru, araşdırmaçı alim, professor Mehman Məmmədovun müəllifi olduğu “Böyük Füzulinin varisi. Sergey Yeseninin bakılı dostu-qəzəl ustadı Əliağa Vahid” adlı məqalə görkəmli qəzəlxanın anadan olmasının 130 illiyinə həsr olunub.

Müəllif məqalədə Ə. Vahidin doğuşdan şeir yazmaq qabiliyyətinə malik olduğunu, ona görə də yaradıcılığının ilk illərində tez-tez meyxana – şeir müsabiqələrində iştirak etdyini və onun haqlı olaraq meyxananın banisi hesab oldunuğunu qeyd edib.

“Vahid nomenklatura şairi olmağa can atmadığına görə hakimiyyət ona xüsusi diqqət yetirmirdi. O, azad yaradıcılığa üstünlük verib, əsasən lirik şeirlər yazıb. Əminliklə demək olar ki, sovet dövründə o, Xruşşovun “mülayimləşmə”sindən çox əvvəl, incəsənətin müəyyən qədər azadlıq qazandığı vaxtlarda alternativ poeziya yaratmışdı. Yaradıcılıqda azadlıq eşqi, çox güman ki, onu istedadlı rus şairi Sergey Yeseninə yaxınlaşdırıb”, - M. Məmmədov bildirib.

Məqalədə Əliağa Vahidlə Sergey Yesenin tanışlığından, Vahidin Yesenini ədəbi məclislərə dəvət etməsindən, görkəmli qəzəlxanın poeziyasından bəhs olunub.

Qeyd edək ki, “Böyük Füzulinin varisi” adlı məqalə “Literaturnaya qazeta” nəşrinin əsas səhifəsində dərc olunub. APA

# 1744 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

12:30 29 sentyabr 2026
Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

12:00 29 sentyabr 2026
Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

11:00 29 sentyabr 2026
Romada “Harmoniya”  sənədli filminin təqdimatı oldu

Romada “Harmoniya” sənədli filminin təqdimatı oldu

10:30 29 sentyabr 2026
Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

10:09 29 sentyabr 2026
Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər