"Kinoteatrda 90-cı illərin çörək növbəsini yaratdıq" - Müşfiq Şahverdiyev

"Kinoteatrda 90-cı illərin çörək növbəsini yaratdıq" - Müşfiq Şahverdiyev
24 oktyabr 2024
# 09:55

"My name is Intiqam" filminin ideyası 2013-cü ildə yazılmışdı. Ad çəkmirəm, amma Azərbaycanda tanıdığım deputata qədər yol tapıb görüşdüm. Kömək istədim ki, Azərbaycanda kommersiya filmlərinə başlamaq istəyirik. Xarici filmlər buradakı kinoteatrlarda zalları doldururlar. Niyə bizim Azərbaycan filmimiz olmasın? Biz gənclər çəkmək istəyirik. Mənə dedilər ki, "Qardaş, vallah, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?".

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Günə bax" verilişində deyib. O, sözügedən filmin çəkilməsi üçün Rusiyadakı azərbaycanlıların ona dəstək olduğunu bildirib:

"Axırda Moskvada dostlarımız var idi, onların yanına getdik. Söhbət məclisdə açıldı. Orada bir ağsaqqal var idi. Tapşırdı ki, uşaqlara kömək edin. Onlar da birinci dedilər ki, vallah, biz "Qızmar günəş altında", "Əhməd haradadır?" filmlərini görmüşük, ondan sonra görməmişik. Amma yenə də sizə dəstək olarıq. Çalışın o pulu məhv etməyin. Bizə 70 min dollar dəstək oldular. Biz çəkdik və kinoteatrda 90-cı illərin çörək növbəsini yaratdıq".

# 1836 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər