Kino ittifaqları büdcə qalmaqalına münasibət bildirdi

Kino ittifaqları büdcə qalmaqalına münasibət bildirdi
27 may 2022
# 18:50

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun kino sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin azaldılması ilə bağlı təklifi müzakirələrə səbəb olub.

Belə ki, Vüqar Gülməmmədovun kino sahəsinə ayrılan vəsaitin azaldıla biləcəyini vurğulayıb.

“Biz hesab edirik ki, kinoya ayrılan pulu yarıbayarı kəsmək olar. Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”, – sədr qeyd edib.

Kulis.az xəbər verir ki, APA həm Azərbaycan Kinematoqrafçılar İttifaqı, həm də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sözügedən fikrə münasibətini öyrənib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun fikirlərini hərfi mənada başa düşmək və münasibət bildirmək doğru deyil:

“İstənilən halda, bu cür mükalimələrin kinonun ümumi prosesinə təkan verəcəyini düşünürük. Lakin Vüqar müəllimin bu cür reaksiyasına görə, əvvəlcə ümumi gedişatı bu situasiyaya gətirib çıxaranlara suallar vermək lazımdır. Sözsüz ki, Hesablama Palatasının bu fikrinə hərfi cəhətdən yanaşmaq olmaz. Bu fikir Hesablama Palatasının ümumi yoxlamasının nəticələrinə əsaslanır. Yəni verilən məbləğ ciddi, məsuliyyətli və pozuntulardan uzaq şəkildə xərclənməlidir. Dövlət tərəfindən ayrılan vəsaitin xərclənməsi prosesi effektiv olmalıdır. Məsələn, bu il 6 milyon yarım vəsait ayrılıb, amma bu beş ay ərzində bir dənə də olsun, film istehsalata buraxılmayıb. Ötən il çəkilən filmlər isə ictimaiyyətə təqdim olunmayıb. Düzdür, filmlərin festivallara göndərilməsi arqumenti gətirilir, lakin biz bilirik ki, burada subyektiv amillər də var. Yəni, məsul şəxslərin məsuliyyətsizliyi var. Biz düşünürük ki, bu məsuliyyətsizliyi də məhz Kino Agentliyi aradan qaldıracaq.

Düşünürük ki, kino sahəsinə ayrılan vəsait nəinki azaldılmalı, ən azı, bu səviyyədə saxlanmalı və effektivliyi çoxaldılmalıdır, daha sonra isə ayrılan vəsait artırılmalıdır”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın bu gün keçdiyi inkişaf yolunda kino ən vacib məsələlərdəndir:

“Heç bir xalq, heç bir millət güclü kinematoqrafiya olmadan inkişaf edə bilməz. Kino milli mədəniyyətin bir hissəsidir və birbaşa xalqın təfəkkürünə, mənəviyyatına təsir edir, müəyyən mənada kömək edir. Kino vasitəsilə hər hansısa bir xalq, millət öz özünü dərk edir, dünya prosesində və tarixində öz yerini tapır. Bu gün xalqımızın iradəsi və cənab Prezidentin sayəsində ölkəmiz yeni bir inkişaf mərhələsi keçir. Biz hesab edirik ki, bu inkişaf mərhələsində kino hava, su kimi lazımdır”.

# 3209 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər