Kinematoqrafçılarımız Kann Film Festivalında

Kinematoqrafçılarımız Kann Film Festivalında
16 aprel 2025
# 17:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytı olan kinoyazar.az mayın 13-dən 24-dək keçiriləcək 78-ci Kann Beynəlxalq Film Festivalında akkreditasiyadan keçib.

Kulis.az xəbər verir ki, saytı müəlliflərindən biri, kinotənqidçi Hacı Səfərov təmsil edərək, festivalda təqdim olunan filmlər haqqında eksklüziv reportajlar hazırlayacaq. Bu hadisə Azərbaycan kinoşünaslığı və mətbuatında bir ilkdir.

Yerli kinotənqidçilərin beynəlxalq festivallarda iştirakına dəstək gələcəkdə də davam edəcək. Bu addım Azərbaycan kinosunun beynəlxalq əlaqələrinin möhkəmlənməsi ilə yanaşı, ermənilərin bizə qarşı olan təxribatlarının qarşısının alınmasında da yardımçı olacaq. Dünya kinosunun tərkib hissəsi olmaq Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas məqsədlərindən biridir.

Qeyd edək ki, Kann Beynəlxalq Film Festivalının builki münsiflər heyətinin sədri, aktrisa Jülyet Binoşdur.

# 1021 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya"dan İsraillə bağlı 2 şərt

"Avroviziya"dan İsraillə bağlı 2 şərt

14:53 15 sentyabr 2025
"Mən görmədiklərimi yaza bilmərəm..." -  Həmidə xanımın  imtina cavabının səbəbi nə idi?

"Mən görmədiklərimi yaza bilmərəm..." - Həmidə xanımın imtina cavabının səbəbi nə idi?

14:30 15 sentyabr 2025
Azərbaycan və Ukrayna İrpendə saziş imzalayacaqlar

Azərbaycan və Ukrayna İrpendə saziş imzalayacaqlar

14:00 15 sentyabr 2025
Dünyanın ən böyük muzeyi: 950 otaq, 30000 əsər

Dünyanın ən böyük muzeyi: 950 otaq, 30000 əsər

13:51 15 sentyabr 2025
Eşqin tərifini verən yazıçı - Əlibala Hacızadə haqqında

Eşqin tərifini verən yazıçı - Əlibala Hacızadə haqqında

13:40 15 sentyabr 2025
Ankarada Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş təqdimat və konsert keçiriləcək

Ankarada Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş təqdimat və konsert keçiriləcək

12:50 15 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər