“Yaradan” sənədli filminin təqdimatı keçirilib

“Yaradan” sənədli filminin təqdimatı keçirilib
31 oktyabr 2025
# 11:00

Oktyabrın 30-da “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin istehsalı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gələn “Yaradan” sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan ekran əsəri Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma proseslərini, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat hekayələrini və xalqımızın dirçəliş ruhunu əks etdirir.

Təqdimat mərasimində çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri və filmin ssenari müəllifi Ayaz Mirzəyev bildirib ki, “Yaradan” filmi yalnız faktları və hadisələri deyil, həmçinin Azərbaycan vətəndaşının mənəvi dirçəlişini göstərir.

“Filmdə izləyəcəyiniz insanların əksəriyyəti yaradıcı şəxslərdir. Biz onların taleləri və düşüncələri vasitəsilə işğaldan əvvəlki dövrü, işğal illərini və azadlıqdan sonrakı bərpa mərhələsini təqdim edirik”, – deyə A.Mirzəyev vurğulayıb.

Qeyd edək ki, çıxışdan sonra qonaqlar sənədli filmə tamaşa eləyiblər.

# 1229 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
İtaliyada qədim bina tapıldı

İtaliyada qədim bina tapıldı

18:10 7 avqust 2026
Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

Ağ Ev sərt şəkildə tənqid olundu – “Hörümçək adam”a görə

17:45 7 avqust 2026
Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

15:30 7 avqust 2026
"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

"Vüqar Biləcəri onu Hüseyn Cavidlə müqayisə etdiyinizi bilsəydi..." - Görəsən, meyxanaçılar bizdən inciməz ki?

15:00 7 avqust 2026
Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər