Kamran Həsənov: "Mediada xarici sözlərin yersiz işlədilməsi gənclərin mənfi təsir edir"

Kamran Həsənov:  "Mediada xarici sözlərin yersiz işlədilməsi gənclərin mənfi təsir edir"
7 noyabr 2025
# 11:51

Prezident İlham Əliyevin Azərbaycan dilinin təmizliyi və saflığının, ədəbi dilin qorunub saxlanması ilə bağlı dəyərli fikirləri, habelə 10 il əvvəl qaldırdığı bu məsələyə yenidən diqqət çəkməsi dövlət rəhbərliyinin bu sahəyə nə qədər həssas yanaşdığını və necə önəm verdiyini göstərir. Bu, son 10 ildə görülən bütün işlərə baxmayaraq, vəziyyətin hələ də tam qənaətbəxş olmadığını deməyə əsas verir.

Kulis.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda deyib.

O bildirib ki, ədəbi dilin qorunması istiqamətdə bir çox vacib addımlar atılıb: “Bu müddət ərzində Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilib. 2002-ci ildə Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunu qəbul olunub və bununla dilin saflığının qorunması, xarici təsirlərdən mühafizəsi üçün hüquqi çərçivə yaradılıb. Dövlət proqramları və tədbirlər planları çərçivəsində Azərbaycan dilinin düzgün istifadəsinə nəzarət və təşviqlə bağlı müxtəlif qərarlar qəbul olunub. Məktəb və universitetlərdə Azərbaycan dilinin ədəbi normalarının öyrədilməsinə xüsusi diqqət yetirilir”.

Kamran Həsənovun sözlərinə görə, Azərbaycan dilinin beynəlxalq müstəvidə və müxtəlif qlobal platformalarda təbliği yüksək səviyyədə dəstəklənir: “Lakin Azərbaycan dili qloballaşma, texnoloji inkişaf və xarici təsirlər kimi çağırışlarla da üz-üzədir. Qloballaşma günümüzün reallığıdır və digər sahələrdə olduğu kimi dilin özünəməxsusluğunun qorunmasına da təsir göstərir. Düşünürəm ki, qloballaşma ilə dilin saflığının qorunması arasında balans yaratmaq mümkündür. Yeni terminlər dilimizin saflığına zərər də vura bilər, əksinə onu zənginləşdirə də bilər.

Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozur, gənclərin dil mühitinə mənfi təsir edir. Buna görə yeni terminlərin dilimizə gətirilməsində, dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.

# 956 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dram Teatrını su basdı

Gəncə Dram Teatrını su basdı

17:18 23 may 2026
Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

Əfsanəvi fotoqrafın obyektivindəki Paris - Fahişəxanalar, barlar və küçələr

15:00 23 may 2026
Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

Kralın toy tortu 15 il sonra hərraca çıxarıldı

14:22 23 may 2026
Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı

12:44 23 may 2026
Məşhur reper vəfat etdi

Məşhur reper vəfat etdi

11:00 23 may 2026
Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

Xanımı əsir düşdü, bir daha üzü gülmədi – "Xətai" təxəllüsünün bilinməyən tarixçəsi

10:40 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər