“İRS” jurnalının fransız dilində növbəti nömrəsi dərc olundu

“İRS” jurnalının fransız dilində növbəti nömrəsi dərc olundu
12 yanvar 2026
# 16:30

Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumatların dünyada yayılmasında mühüm rol oynayan “İRS” beynəlxalq jurnalının fransız dilində növbəti nömrəsi nəşr olunub.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Faşizm üzərində qələbədə azərbaycanlıların böyük rolu” adlı məqaləsi dərc olunub. Məqalədə İkinci Dünya müharibəsində qazanılmış qələbədə xalqımızın, xüsusilə də Fransa Müqavimət Hərəkatında vuruşmuş azərbaycanlıların böyük töhfəsi və rolundan bəhs olunur.

Jurnalda, həmçinin Azərbaycanın musiqi tarixinə, bəstəkar qadınlarımıza, ölkəmizin XVIII –XIX əsrlərdəki milli memarlıq şedevrlərinə, dünyanın səkkizinci möcüzəsi sayılan Neft Daşları platformasına, ölkəmizin neft tarixinə həsr edilmiş məqalələr dərc olunub.

Jurnalda Şəki Xan sarayı və ölkəmizin turistik imkanlarından bəhs edən məqalələr də yer alıb.

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər