Qədr gecəsi bir tanışın ürəyini partladıb öldürdü - Şəhriyar del Gerani

Şəhriyar del Gerani

Şəhriyar del Gerani

3 mart 2025
# 10:10

İki gündür imsak edib yatıram, günorta 4-5 arası oyanıram, əl-üzümə su vurub özümə gələnə qədər iftar yetişir.

Bayaq çiynimdəki mələklərin söhbətini eşitdim.

Biri digərinə gileylənir ki, “A bəy, bu yoldaş Ramazan girəndən bir qram da olsun savab-zad qazanmır, ara yerdə bizi işə salıb, boş-boşuna hesab-kitab aparırıq”.

Digəri də qayıtdı ki, “Əşşi bu işdə təzəsən deyə sənə qəribə gəlir, mən bunu çoxdan tanıyıram, neçə illərdir belədir. Nəyinə gərəkdir? Baş qoşma. Nə var onu yaz”.

Başqa birinin də səsi uzaqdan gəlirdi. Deyəsən, o lap təcrübəliydi. Gülə-gülə bu təzəyə səsləndi ki, “Ayə, hələ Allahına şükür elə iftarda səni xurma-zad almağa göndərmir. İnişil Qədr gecəsi bizim bir tanışın ürəyini partladıb öldürdü”.

# 2236 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissorun Kann Festivalında taxdığı saat rekord məbləğə satılıb

Məşhur rejissorun Kann Festivalında taxdığı saat rekord məbləğə satılıb

10:27 8 dekabr 2025
Dünya şöhrətli memar vəfat etdi

Dünya şöhrətli memar vəfat etdi

10:15 8 dekabr 2025
Everest fatehi:  "Orada ölsən belə, bu yolun geri dönüşü yoxdur" - Müsahibə

Everest fatehi: "Orada ölsən belə, bu yolun geri dönüşü yoxdur" - Müsahibə

10:00 8 dekabr 2025
Azərbaycanlı fotoqraf intihar etdi

Azərbaycanlı fotoqraf intihar etdi

21:00 6 dekabr 2025
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

16:00 6 dekabr 2025
Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

15:00 6 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər