Azərbaycanlı gənc rəssamın Praqada fərdi sərgisi keçirildi

Azərbaycanlı gənc rəssamın Praqada fərdi sərgisi keçirildi
22 sentyabr 2025
# 16:00


Praqada yaşayan azərbaycanlı gənc rəssam Heyran Mustafa-Zadənin "Rişələr" mövzusunda fərdi sərgisi keçirilib.

Kulis.az xəbər verir ki, sərgi Beynəlxalq Sülh Gününə həsr olunub.

Praqa Azərbaycan Mədəniyyət Evində sərginin açılışı münasibətilə baş tutan tədbirdə iştirak edənlər, sənət adamları və mütəxəssislər qeyd edib ki, “Rişələr” yaddaş, dözüm və yenilənmə üzərinə bir məkan yaradır: "Keçmiş və itmiş bilinənlər burda yeni başlanğıclar üçün münbit zəminə çevrilir. Heyran Mustafa-Zadənin əsərləri güclü vizual dilə sahib olmaqla yanaşı, dərin fəlsəfi refleksiya ilə izləyicini köklər, rişələr üzərində düşünməyə dəvət edir".

Həmçinin bildirilib ki, Heyran Mustafa-Zadənin “Yeni” silsiləsi və son illərin seçilmiş əsərləri də transformasiya və fəlsəfi idrakı araşdırır, şəxsi təcrübəni ümumbəşəri zaman axarı ilə bağlayır.

Sərgidə çıxış edən Heyran Mustafa-Zadə bildirib ki, 44 günlük Qarabağ müharibəsinin təsiri və təəssüratı altında təqdim olunan layihə üzərində işləməyə başlayıb.

Bu silsilə Praqada tamamlanmış, ağrı ilə ümid, yaddaşla yenilənmə arasındakı uçurum üzərindən atılmış körpü obrazına çevrilib.

Sərgidə çex rəssamları, akademik mühitin təmsiçiləri, o cümlədən "Art & Design" İnstitutunun rektoru professor Yulius Qaydoş, sənətşünas İvona Raymanova, tanınmış fotoqraf Tomaş Umlauf və digər sənət adamları, qalereya rəhbərləri, eləcə də Azərbaycan və Türkiyə səfirliklərinin, Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.

Sərginin kuratoru Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyimdir.

Qeyd edək ki, sərgi noyabrın 10-dək davam edəcək.

# 595 dəfə oxunub

Oxşar xəbərlər

"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

17:40 7 noyabr 2025
Son illərini "Qocalar evi"ndə keçirən azərbaycanlı rejissor - Onu niyə həbs etmişdilər?

Son illərini "Qocalar evi"ndə keçirən azərbaycanlı rejissor - Onu niyə həbs etmişdilər?

17:38 7 noyabr 2025
Həbs edildi, ruhi xəstəxanaya düşdü   - Birotaqlı evdə yaşayan Xalq artisti

Həbs edildi, ruhi xəstəxanaya düşdü - Birotaqlı evdə yaşayan Xalq artisti

17:35 7 noyabr 2025
ABŞ-də qorxu filmi çəkilişləri zamanı faciə baş verdi

ABŞ-də qorxu filmi çəkilişləri zamanı faciə baş verdi

17:20 7 noyabr 2025
Dövlət Mahnı Teatrından  “Qarabağ çalarları”

Dövlət Mahnı Teatrından “Qarabağ çalarları”

17:20 7 noyabr 2025
Bülbülün Memorial Muzeyində “Zəfər Yolu” sərgisi

Bülbülün Memorial Muzeyində “Zəfər Yolu” sərgisi

17:10 7 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər