Kulis.az həyatımızı dəyişəcək aforizmləri təqdim edir.
Uilyam Bleyk: Fəaliyyətə çevrilməyən arzu ruh pozğunluğu yaradır.
Çak Pallannik: Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir.
Susan Etz: Yağışlı bir bazar günü, günortadan sonra nə etmək istədiyini bilməyən milyonlarla insan bir də ölümsüzlük istəyir.
Emil Ajar: Aktyorluq eləməsəniz sizə asosial, ipə-sapa yatmayan və əsəb xəstəsi damğası vuracaqlar.
Fyodr Dostoyevski: Əslində insana ən çox əzab verən xəyal qırıqlığı deyil, yaşanması mümkün olub, amma yaşaya bilmədiyi xoşbəxtlikləridir.
Ziqmund Freyd: İfadə edilməmiş hisslər heç vaxt ölmürlər, diri-diri basdırılırlar və sonradan daha qorxunc şəkildə təzahür edirlər.
Anonim: Bəlkə də oksigen təxminən 70 il sonra öldürən zəhərdir.
Anton Çexov: Necə də gözəl gündür! Çaymı dəmləyim, özümümü asım, qərar verə bilmirəm.
Mark Tven: Həmişə doğru danışın, onda nə dediyinizi xatırlamağa məcbur olmayacaqsız.
Anonim: Yumurta xaricdən qırılırsa həyat sona yetir, daxildən qırılırsa həyat başlayır. Böyük işlər həmişə içəridən başlayır.
Anonim: Yuxun gəlmirsə deməli oyanmaq istədiyin yerdə deyilsən.
Uilyam Şekspir: Bəyəndiyiniz bədənlərə xəyalınızdakı ruhları qoyub bunu məhəbbət hesab edirsiz.
Anton Çexov: Ən təhlükəli insan tipi az anlayıb çox inanandır.
Dalay Lama: Danışanda ancaq bildiklərini təkrar edirsən, dinləyəndə isə yeni şeylər öyrənirsən.
Ziqmund Freyd: Əgər insan bir yerə baxırsa orda marağını çəkən bir şey var. Əgər insan bir yerə heç baxmırsa deməli orada marağını çəkən şey mütləq var.