Azərbaycanlılar müğənni həyatı yaşamaq istəyir

Azərbaycanlılar müğənni həyatı yaşamaq istəyir
11 oktyabr 2024
# 08:59

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Azərbaycanın Bakıyla məhdudlaşdırılması ölkənin yarısını bütün ictimai proseslərin kənarında saxlayır.

Sərgilər, yarmarkalar, müxtəlif mədəni-kütləvi tədbirlər ancaq Bakıda yaşayanlara hesablanır. Nəticədə intellekti olan, amma istedadı olmayan bir nəsil yetişir.

İstedad uşağın təbiətlə ünsiyyətinin məhsuludur, intellekt cəmiyyətlə.

Makdonaldsda böyüyən uşaqda istedad ola bilməz, onda olan intellektdir.

İstedadın sosial məzmun qazanması üçün kənd və şəhər arasında əlaqə olmalıdır. Məni adam eləyən (əgər edə bilibsə) qoyun otaranda oxuduğun mavi üzlü "Elm və həyat" jurnalı olub.

Bu gün kənd Bakıda ancaq kənd toyuğu, kənd yumurtası, motal pendiriylə təmsil olunur. Kənddən şəhərə istedad gəlmir.

İstedadın olmaması ictimai mühitimizi cansızlaşdırır. İntellekt quru təfəkkür yaradır. İntellekt yaddaşa quraşdırılmış sayğacdır.

Səbəbi nədir? Bürokratiyanın şəhərləşməsi. Bürokratik sistemin yalnız makdonldsda böyüyüb, xaricdə təhsil alıb, heç vaxt ictimai mühitdə görünməyən insanlardan təşkil olunması. Bu insanlar kəndi, əyaləti ancaq yeməkləri ilə tanıyırlar.

Kənd şəhər insanın beynində artıq sürgün yeri kimi təsəvvür olunur. Kəndlilərin tənbəlləşməsinin səbəbi də şəhərdə unudulmalarıdır. Son otuz ildə Azərbaycan elmi, ədəbiyyatı niyə tənbəlləşib tüfeyliləşdi.

Unudulduğu üçün!!!

Son otuz ildə cəmiyyətə təbliğ olundu ki, yalnız Aygün Kazımovanın vid-fasonunu yadda və diqqətdə saxla, qalan hər şeyi unut.

Nəticəsi? Bu gün bütün Azərbaycan müğənni həyatı yaşamaq istəyir, əlinə fürsət və pul düşən kimi müğənniləşir. Müğənniləşə bilməyənlər də psixoloq yanına gedir.

Bürokratiya ölkəni bütöv görə bilmir. Startap layihələri şəklində qırıq-qırıq görür.

Arasında dostlarımın da olduğu gənc bürokratların otağına girəndə gözüm divarda Azərbaycan xəritəsini, ölkənin şəklini axtarır.

Hələ ki, belə divara rast gəlməmişəm.

# 6371 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər