"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar
25 avqust 2026
# 13:50

Bu gün alman tarixçi, filosof, şair İohann Qottfrid Herderin doğum günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Biz öz yaratdığımız dünyada yaşayırıq.

***

İlham olmadan zəkanın ən güclü qabiliyyətləri mürgülü vəziyyətdə qalır.

**

Hər kəs öz ölkəsini, adət-ənənələrini, dilini, həyat yoldaşını və övladlarını dünyanın ən yaxşısı olduqları üçün deyil, məhz özünəməxsus dəyərləri olduğu, onlarda özünü və çəkdiyi zəhməti sevdiyi üçün əziz tutur. Odur ki, inqilabların baş verməsi məni artıq çaşdırmır; çayın durğun bataqlığa çevrilməməsi üçün dalğalar nə qədər zəruridirsə, inqilablar da bəşəriyyət üçün bir o qədər gərəklidir. İnsanlıq dühası daim yenilənən təzahürləri ilə çiçəklənir.

***

Güllənin ağırlıq mərkəzi öz daxilində olduğu kimi, hər bir millətin də xoşbəxtlik mərkəzi öz içindədir.

***

Doğrunu düşünmək, gözəlliyi duymaq və yaxşılığı arzulamaq - ruh şüurlu bir həyatın mənasını məhz bunda tapır.

***
Şair ətrafındakı millətin yaradıcısıdır; o, insanlara görə biləcəkləri bir dünya bəxş edir və onların ruhunu ovcunda saxlayaraq həmin dünyaya doğru aparır.

***
Təbillər çalınanda tütəyə toxunma; axmaqlar danışanda müdriklər susar.

***
Başqalarının qəlbində bizdən qalan izlər ən doğru və ən dərin mənliyimizdir.

***

Bütün kainatı sevgiylə qucaqladıqlarını iddia edənlər, əslində, çox vaxt öz dar mənliklərindən başqa heç nəyi sevmirlər.

***

Qismətinə düşənə döz! Yalnız səbir edən tac sahibi olar.

***
Qarşımda ayna tutan, ən kiçik qüsurlarımı belə gizlətməyən, borcumu yerinə yetirmədikdə məni mehribanlıqla xəbərdar edib şəfqətlə məzəmmət edən kəs - zahirən elə görünməsə də, mənim əsl dostumdur. Lakin bir kəs məni daim tərifləyib öyürsə, heç vaxt səhvlərimi üzümə vurmur, qüsurlarıma göz yumur və mən peşman olmamışdan öncə onları bağışlayırsa, o, dost cildinə bürünsə belə, əslində mənim düşmənimdir.

***
Müdrikdən soruşdular: «Bu biliyə necə nail oldun?» O cavab verdi: «Çünki heç vaxt nadanlığımı etiraf etməkdən və başqalarından öyrənməkdən utanmadım».

***

Özünü, yoldaşını və övladını sakit bir sevinclə sevən, qəbiləsinin məhdud fəaliyyətini öz həyatı kimi həvəslə yaşayan vəhşi insan, mənim nəzərimdə bütün bəşəriyyətin xəyali obrazına qapılmış o «mədəni» kölgədən daha gerçək bir varlıqdır.

***
Kəndli qızından kübar xanım yaratmaq, kübar xanımdan kəndli qızı düzəltməkdən daha asandır.

***

Bütün elmimiz heç bir varlığın daxili mahiyyətinə toxunmayan, ümumiləşdirilmiş xarici əlamətlər üzərində hesablamalar aparır.

***

Nəfis bir meyvənin həsrətini çəkmək o meyvənin özündən daha xoşdur.

***

Hər bir şərin və hər bir hədsiz gücün tədricən tükənib zəifləməsi taleyin amansız, lakin ədalətli qanunudur.

***

Beləcə, buz üzərində qəsrlər qurur, dənizin dalğalarına sözlər yazırıq; dalğalar nərə çəkərək çəkilib gedir, buzlar əriyir və düşüncələrimiz kimi sarayımız da yox olub gedir.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 136 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

13:25 25 avqust 2026
Türk dünyasının rəssamları Kapadokiyada

Türk dünyasının rəssamları Kapadokiyada

13:10 25 avqust 2026
Tanınmış mədəniyyət xadimi vəfat etdi

Tanınmış mədəniyyət xadimi vəfat etdi

12:50 25 avqust 2026
Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

12:30 25 avqust 2026
Səhnəmizin unudulmaz Vəfası - Anası Hökumə Qurbanova ona niyə mane olmuşdu?

Səhnəmizin unudulmaz Vəfası - Anası Hökumə Qurbanova ona niyə mane olmuşdu?

12:00 25 avqust 2026
Bu gün Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi  keçiriləcək

Bu gün Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək

10:15 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər