"Həkimlər deyir ki..." - Faytonçu Nazimin vəziyyəti necədir?

"Həkimlər deyir ki..." - Faytonçu Nazimin vəziyyəti necədir?
10 fevral 2025
# 16:32

Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və xəstəxanaya yerləşdirilib və hazırda xəstəxanada müalicə alır.

Kulis.az xəbər verir ki, müğənninin dostu, aparıcı Kamran Həsənli Axşam.az saytına açıqlamasında onun səhhəti haqqında danışıb.
Nazim Pişyarinin sağlamlıq durumu haqqında danışan Kamran Həsənli bildirib ki, sənətçi artıq özünə gəlib:

"Artıq ayılıb, yaxşıdır. Getdikcə durumu düzəlir. Həkimlər deyir ki, iki-üç gündən sonra evə buraxılacaq."
Nazim Pişyari xəstəxanaya yerləşdirildikdən sonra həkimlər onun beyin insultu keçirdiyini təsdiqləyiblər. İşemik insultun əlamətləri səbəbindən müğənni küçədə yıxılıb və qapalı kəllə-beyin travması alıb.

Məlumata görə, Faytonçu Nazim bir müddət əvvəl böyrək əməliyyatı da keçirib və ona böyrək köçürülməsi edilib.

Nazim Pişyarinin xəstəxanadan çıxma tarixi

Həkimlərin verdiyi məlumata görə, Nazim Pişyari insult keçirsə də, vəziyyəti stabildir və o, iki-üç gün ərzində evə buraxılacaq.

Nazim Pişyari kimdir?

Nazim Pişyari, 26 avqust 1968-ci ildə Lənkəranda anadan olub. 1988-1991-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədə fəaliyyət göstərir. 1995-ci ildə "Kainat" qrupunu yaradıb, 1998-ci ildə bu qrupla Almaniyanın bir sıra şəhərlərində qastrol səfərlərində olub. Ailəlidir. Iki övladı var.

Niyə "Faytonçu Nazim" ləqəbi?

Nazim Pişyari, "Faytonçu Nazim" ləqəbi ilə də tanınır. Bu ləqəbi ona məşhur "Faytonçu" mahnısının ifasından sonra verilib. O, həmçinin "Məşədi İbad-94" filmində rol alıb.

# 1248 dəfə oxunub

Oxşar xəbərlər

"Dublin" mükafatının qısa siyahısı açıqlanıb

"Dublin" mükafatının qısa siyahısı açıqlanıb

18:08 25 mart 2025
Britni Spirs haqqında film çəkilir

Britni Spirs haqqında film çəkilir

14:30 25 mart 2025
21-ci əsrin ən yaxşı qadın müğənniləri - Siyahı

21-ci əsrin ən yaxşı qadın müğənniləri - Siyahı

12:30 25 mart 2025
"Adamı həmişə saymadığı it tutur" - Pərvanə Bayramqızı

"Adamı həmişə saymadığı it tutur" - Pərvanə Bayramqızı

11:23 24 mart 2025
Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı

Bu ölkələrdə Novruz necə qeyd olunur? - Siyahı

10:00 24 mart 2025
Çən güclüdür, yoxsa Qurğuşun? - Rahid Ulusel

Çən güclüdür, yoxsa Qurğuşun? - Rahid Ulusel

15:00 22 mart 2025
#
#
# # #