Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə
17 iyul 2026
# 11:45

Kulis.az İsa İsmayılzadənin "Güllələr demədi" şeirini təqdim edir.

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə ol ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
"Hələ uşaqsınız… nə yaşınız var…"

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
"Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dəyməyə".

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

1971

# 251 dəfə oxunub

Oxşar xəbərlər

Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

18:00 11 avqust 2026
“Ritm” rəqs qrupu  Fransada beynəlxalq folklor festivalında

“Ritm” rəqs qrupu Fransada beynəlxalq folklor festivalında

17:30 11 avqust 2026
Məşhur küçə rəssamı Britaniyanın dövlət büdcəsinə zərər vurdu

Məşhur küçə rəssamı Britaniyanın dövlət büdcəsinə zərər vurdu

16:30 11 avqust 2026
Bred Pitt süni intellekti dəstəklədiyini elan etdi

Bred Pitt süni intellekti dəstəklədiyini elan etdi

16:00 11 avqust 2026
Tanınmış fenomen intihar etdi – Səbəb

Tanınmış fenomen intihar etdi – Səbəb

15:30 11 avqust 2026
Gənc aktyor:  “Onun serialında çəkilmək mənim üçün ən böyük məsuliyyətdir” - Müsahibə

Gənc aktyor: “Onun serialında çəkilmək mənim üçün ən böyük məsuliyyətdir” - Müsahibə

14:30 11 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər