Gizli eşq yaşadı, ağır xəstəliyə tutuldu, komaya düşdü – O, öləndə niyə heç kimi görmək istəmədi?

Gizli eşq yaşadı, ağır xəstəliyə tutuldu, komaya düşdü – O, öləndə niyə heç kimi görmək istəmədi?
31 avqust 2022
# 12:05

Kulis.az Əməkdar artist, aktrisa Kübra Dadaşova haqqında on maraqlı faktı təqdim edir.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə İçərişəhərdə aktyor ailəsində doğulub. Özündən böyük üç qardaşı olub. Kübra Dadaşovanın uşaqlıq illəri demək olar ki, Gənc Tamaşaçılar Teatrında keçib. Ata və anası aktyor olduğu üçün teatrda böyüyüb. Elə bu səbəbdən Kübra Dadaşovada az yaşlarından etibarən teatra maraq yaranıb.

1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradıb. “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Ruhlar qapını döyür”, “Pul dəlisi”, “O da mənəm, bu da”, “Mağara”, “Mahmud və Məryəm”, “Buzovna kəndinin əhvalatları” tamaşalarında aparıcı rollar ifa edib. “Piriverdinin xoruzu”, “Cavid ömrü”, “Yuxu”, “Gecə qatarında qətl”, “Nə gözəldir bu dünya” filmlərinə çəkilib.

***

Kübra Dadaşovanın qardaşları da incəsənətə bağlı adamlardır. Bir qardaşı Mədəniyyət və İncəsənət Universitetində fotoqraf ixtisasına yiyələnib, hazırda Moskvada yaşayır. İkinci qardaşı Rauf Dadaşov Əməkdar rəssamdır. O da uzun müddət kinostudiyada işləyib.
Lap kiçik qardaşı Namiq Dadaşov isə Gənc Tamaşaçılar Teatrında aktyor işləyib, elə orada aktrisalardan biri ilə ailə həyatı qurub.

Kübra xanım ata evində qardaşı ilə yaşayıb. Gözəl əl qabiliyyəti olub, evi həmişə qonaq-qaralı olub. Toy-bayramda da yaxşı iştirak edən, məclis adamı olub. Oynamaqla da arası çox yaxşı olduğundan toylarda ortalıqdan çıxmazmış.

***

Sənətini çox sevib, amma maaşının azlığından gileylənib deyərmiş:

“Bu sahədə maaş çox azdır. Əlimdən başqa iş gəlsə, aktyor sənəti ilə məşğul olmaram. Lakin nə edim ki, ancaq artistliyi bacarıram. Ən sevdiyi rolları isə “Mahmud və Məryəm”, “Pirverdinin xoruzu” filmlərindəki obrazları olub.

Aktrisa 16 may 2006-cı ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisaya Əməkdar artist adı xəstə yatdığı günlərdə verilib. Yaxınlarının dediyinə görə bu xəbər onu sevindirməyib.

***

Deyilənlərə görə Kübra Dadaşova vaxtilə bir nəfəri çox sevib. Sevdiyi şəxs də sənət adamı olub və o, da Kübra xanıma aşiq imiş. Lakin tale elə gətirir ki, onlar ailə qura bilmir, bir-birlərindən uzaqlaşırlar. Aktrisanın gizli məhəbbətinin adı hamı üçün sirr olaraq qalır.

Aktrisanın mənəvi qızı hesab olunan aktrisa Təhminə Məmmədova müsahibələrinin birində deyir:

“Mənfi cəhəti tez özündən çıxmağı idi. Tez əsəbiləşirdi, lakin tez də sakitləşirdi. Ümumiyyətlə, ondan küsmək mümkün deyildi. Jurnalistlər xəstə olandan sonra ondan müsahibə almaq, görüşmək istəyirdilər. Deyirdi, “istəmirəm ki, insanlar bu halımı görsünlər, qoy yaddaşlarda necəyəmsə, əbədi olaraq da elə qalım. İstəmirəm kimsə mənə görə pul yığsın, harasa müalicə üçün göndərsin. Əgər yaradıcılığım haqqında yazmaq istəyirlərsə yazsınlar, ancaq kömək lazım deyil”. Açığı uzun müsahibə verəcək gücdə də deyildi, görüntü də istəmirdi. Sadəcə bəzən qısa açıqlamalar verə bilirdi”.

Rejissor Nicat Kazımovun sözlərinə görə Kübra xanım ev heyvanlarını çox sevib. İtlərə, pişiklərə qayğı göstərir, onları yedirdirmiş. Elə pişiklərlə yaxınlığı onda xəstəlik yaradıb. Bir dəfə pişik caynaqları ilə onun ayağını cızır, həmin cırmaq yeri yavaş-yavaş onda problemlər, xəstəlik yaratmağa başlayır. Lakin buna baxmayaraq o, yenə də heyvan sevgisindən imtina etmir.

***

Kübra xanım şəkər xəstəliyinə tutulanda ilk zamanlarda özünün xəbəri olmayıb. Sonralar gəzə bilmir, halı özündə olmur. Özünə, səhhətinə qarşı çox etinasız olduğundan bədənində əmələ gələn ləkələrə baxıb deyirmiş, heç nə olmaz, keçəcək. Ayağının “qanqren” olmaq təhlükəsi ortaya çıxanda onu məcburi olaraq həkimə aparırlar. Xəstəxanaya gedəndə həkimlər deyir ki, “bir az da gec gəlsəydin, “qanren” qanına keçib səni öldürə bilərdi”. Xəstəlik aktrisanın yavaş-yavaş bir barmaqdan digərinə keçir, sonra dizlərinə qədər qaralma başlayır. Bütün bədənində tədricən ləkələr əmələ gəlir. Həkimlər təcili əməliyyat olunmalı, lakin nəticənin yaxşı olması ehtimalının da çox az olacağını bildirirlər. Şans az olsa da, Kübra xanım əməliyyata razı olur. Çünki həkimlər müalicə olunmazsa, öləcəyini deyirlər.

Kübra xanım əməliyyat nə qədər riskli olsa da, ölmək yox, yaşamaq istədiyini deyir. Əməliyyat sonrası gözlərini açır, hər şey qaydasında olur. Lakin bir saatdan sonra aktrisa komaya düşür və beyin ölümü baş verir, bir neçə saatdan sonra onu aparatdan ayırırlar. Aktrisa 12 fevral 2017-ci ildə 59 yaşında dünyadan köçür.

# 21822 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #