Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı

Gənclər Kitabxanasında Nizami Gəncəvi irsinə aid təqdimatlar hazırlandı
21 avqust 2026
# 14:30

Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə yeni təqdimatlar hazırlanıb.

Kitabxanadan kulis.az-a bildirilib ki, süni intellekt əsasında ərsəyə gətirilən bu təqdimatlarda Nizami Gəncəvinin məşhur “Xəmsə”sinə daxil olan poemaların ideya-bədii xüsusiyyətləri, fəlsəfi məzmunu, eləcə də mütəfəkkirin insan və cəmiyyət haqqındakı dərin düşüncələri əks olunub.

Müasir informasiya texnologiyaları vasitəsilə hazırlanan təqdimatlar klassik irsin rəqəmsal mühitdə daha əlçatan və maraqlı formada təqdim edilməsinə, xüsusilə gənc nəslin Nizami Gəncəvi yaradıcılığına marağının artırılmasına xidmət edir.

“Xəmsə”nin ilk poeması olan “Sirlər xəzinəsi” – “Şərq ədəbiyyatının qızıl qapısı”na həsr olunmuş təqdimatda əsərin mənəvi-əxlaqi və fəlsəfi mahiyyəti, insanın kamilliyə, ədalətə və mənəvi ucalığa yüksəlməsi ön plana çəkilir.

“Xəmsə”nin dünya ədəbiyyatındakı xüsusi yeri olan “İşıqlı miniatür salnaməsi” – “Xosrov və Şirin” poemasına həsr olunmuş təqdimatda sevgi, sədaqət, mənəvi seçim və insan xarakterinin kamilləşməsi kimi mövzulara diqqət yetirilir.

Nizami Gəncəvinin “Əbədi eşqin təkamülü” – “Leyli və Məcnun” poemasına həsr olunmuş təqdimat klassik Şərq ədəbiyyatının ən məşhur məhəbbət dastanlarından birinə fərqli rəqəmsal baxış təqdim edir. Burada məhəbbətin insan ruhuna təsiri, sədaqət və mənəvi bağlılıq kimi anlayışlar ön plana çıxarılır.

“Xəmsə”nin digər möhtəşəm əsəri olan “Kainatın və insan ruhunun təkamülü – “Yeddi gözəl” poemasına həsr olunmuş təqdimatda əsərin simvolik-fəlsəfi məzmunu, insanın özünü dərk etməsi və kamilliyə doğru mənəvi yolu araşdırılır. “İsgəndərnamə” poemasına həsr olunmuş “Müdrikliyə səyahət” adlı təqdimatda isə elm, bilik, ədalət, dövlət idarəçiliyi və müdriklik kimi Nizami yaradıcılığının mühüm ideyaları diqqətə çatdırılır.

Qeyd edək ki, təqdimatlar kitabxananın rəsmi saytında yerləşdirilib.

# 652 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər