Gənc yaşında ailə qurduğu əri müharibədə öldü, atasının sərvəti müsadirə olundu, fəhlə işləyib zirzəmidə yaşadı – Pişiyinə elçi gedən Xalq artisti

Nəsibə Zeynalova, Xalq artisti

Nəsibə Zeynalova, Xalq artisti

20 aprel 2022
# 12:00

Bu gün aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında 10 maraqlı faktı təqdim edir.

1. Nəsibə Zeynalova 20 aprel, 1916-cı ildə Bakıda anadan olub. Anası Hüsniyyə xanımla atası Cahangir Zeynalovun arasında 25 yaş fərq olub. 12 ildən sonra övlad sahibi olublar. Kərbəlayi Cahangir əhd edib ki, oğlu olsa, İmam Rzanın adını qoyacaq, qızı da olsa, Nəsibə. Nəsibə xanım doğulanda 5,5 kq olub. Böyük çəkili uşaq olduğu üçün həkimlər ya ananı, ya da övladı xilas edə bilərik deyiblər. Amma nə yaxşı ki, hər ikisi sağ qalıb. Nəsibə xanım "köynəkdə doğulub". El dilində uşaq döl qarışıq doğulanda "köynəkdə doğulub" deyirlər. Nəsibə xanım da eynən belə dünyaya gəlib.

Azərbaycan Xalq artistı Nəsibə Zeynəlovanın rəsmi saytı

Onun atası Cahangir Zeynalov həm tanınmış tacir, həm də aktyor olub. Ata olanda arzu edib ki, övladı onun sənətini davam etdirsin. Ancaq bu arzusunu görmək ona qismət olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə ailəsi ilə İrana yollanan Cahangir Zeynalov sentyabr ayında Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulub və bu xəstəlikdən də qısa zamanda dünyasını dəyişib. Atasını itirdiyi gün Nəsibənin iki yaşı olub.

2. Atasının ölümündən iki-üç il sonra Sovet hökuməti qurulub və Nəsibə xanımın atasının bütün sərvəti müsadirə olunub. Anası ilə tək qalan Nəsibəni zirzəmiyə yerləşdiriblər. Nəsibə xanımın anası Hüsniyyə xanım ikinci dəfə ailə qurur, lakin bu evlilik məşəqqətli günləri arxada qoymur. Əksinə, deyilənə görə, anasının yeni ailə qurduğu adam nadürüst insan olur: evdəki dəyərli əşyaları satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, ana ilə qızın başına oyun açarlar. Nəsibə Zeynalova müsahibələrinin birində o günləri xatırlayaraq deyir:

“Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”.

Özündən 11 yaş kiçik oğlanla evlənən, nəvəsini övladlığa götürən, pişiyinə  elçi gedən Nəsibə Zeynalova – Maraqlı faktlar

3. Nəsibə Zeynalovanın atası dünyasını dəyişmədən əvvəl yoldaşına qəribə bir vəsiyyət edib: “Mənim şəklimi böyüdərsən”. Çünki Nəsibə atasını görməmişdi. Daha sonra atası əlavə edib: “Nəsibəni oxut, cahil olmasın”.

4. Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işinə düzəlir. Hər şeyin yavaş-yavaş qaydaya düşdüyü vaxt daha bir faciə onun qapısını kəsdirir: anası rəhmətə gedir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.

Nəsibə Zeynalova: ulduz olmağa məhkumdur | Dalma News

5. Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı İkinci Dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında, özündən 11 yaş balaca adamla ailə qurur. İlk əvvəllər aktrisa bu nikaha razı olmur, yaş fərqini bəhanə gətirir. Lakin sonradan bu izdivac baş tutur. Musiqiçi olan həyat yoldaşı haqqında Nəsibə xanım sonralar belə deyirdi:

“Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim, atamı tez itirməyim anamı elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım”.

6. Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Bu haqda nəvəsi müsahibələrinin birində deyib:

“Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib”.

Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.

Nəsibə Zeynalovanın nəvəsi: "Ömrünün son günlərində anamdan halallıq  istədi" - FOTO

7. Nəsibə xanım 65 il teatrda çalışıb. Son illərində isə teatrdan inciyib. Musiqili Komediya Teatrından ayrılıb. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmayıb. Üstəlik, Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlərin də olduğu söylənilir. Ömrünün son günlərində isə teatr üçün çox darıxaraq deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım". Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənirmiş.

8. Nəsibə Zeynalova sonuncu dəfə aktyor Cahangir Novruzovla "Əmanət" tamaşası üzərində işləyir. Məşqlər başlansa da, aktrisanın səhhəti korlandığı üçün bu səhnə işi yarımçıq qalır.

Səhnəmizi yoxsullaşdıran itki: Nəsibə Zeynalovanın anım günüdür – Yenicag.Az

9. Gülləri və heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.

10. Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.

# 5931 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
#
#
# # #