Ən çox arzu edilən kişi: “Məni yoldan çıxarmaq istəyirlər”

Ən çox arzu edilən kişi: “Məni yoldan çıxarmaq istəyirlər”
18 oktyabr 2024
# 14:13

Jan-Klod Van Damm… Uşaqlıq qəhrəmanımız…

Uşaqlığı, gəncliyi 90-cı illərə düşən nəsil onun filmləri ilə böyüyüb. Çoxları həvəsə düşüb idmana yazılıb.


O hər yerdə idi: Soyuducuların üstündə, şkafların qapılarında, dəftərlərdə…

Bu gün – yəni 18 oktyabrda məşhur Belçika kinqboksçusu, aktyoru, ssenaristi, prodüseri və montajçısı Jan-Klod Van Dammın 64 yaşı tamam olur.

Kulis.az Van Damm haqqında maraqlı faktları və müsahibələrindən seçilmiş sitatları təqdim edir.

1960-cı ildə Brüsseldə doğulub.

12 yaşından karateylə məşğul olub.

16 yaşında artıq Avropa çempionu idi…

22 turnirdən 16-sını qələbə ilə ilə bitirib.

1981-ci ildə işləmək, pul qazanmaq üçün ABŞ-a köçür. Bir idman salonunda həm təmizlikçi, həm də nəzarətçi kimi işə başlayır. Ancaq maaşı az olduğu üçün əlavə işlər də görür: gecə klublarında mühafizəçi, kuryer, sürücü…

1984-cü ildə "Əbədi Monako" adlı filmdə epizodik rola çəkilir: homoseksual karateçini canlandırır.

1996-ci ildə üçüncü arvadı Derci La Piyer ilə boşandıqdan sonra narkotik vasitələrdən istifadə etməyə başlayır.

Hətta özünü öldürmək istəyirmiş.

Ancaq 1997-ci ildə müalicə olunur, təzədən idmana başlayır.

JCVD. Jean-Claude Van Damme, also known as… | by Jasper Owens | MAN MODE |  Medium

Van Damm ingilis dilini filmlərə, verilişlərə baxa-baxa öyrənib, üstəlik, fransız, ispan və alman dillərini də bilir.

1997-ci ildə “Hollivudun ən seksual kişi ayaqları” mükafatına layiq görülüb. Üç dəfə “Ən çox arzu edilən kişi” nominasiyasına layiq görülüb.

50-dən çox tammetrajlı filmə çəkilib.

Jean Claude Van Damme Net Worth | Celebrity Net Worth

Sitatlar:

- Haqqımda yazılanlar vecimə deyil.

- 40 yaşım olanda fərqinə vardım ki, mənim fanatlarımın da yaşı, təxminən, bu qədərdir.

- Nə vaxtsa məni ulduz elan etmişdilər.

- Belə hesab edirlər ki, Stallone, Arnold və mənim kimi adamlar səhv edə bilməzlər. Ancaq biz səhv edirik və hər dəfə Hollivud bizi bağışlayır.

- Məncə, ekranın birinci super qəhrəmanı Çarli Çaplin olub.

- Hələ də özümdən soruşuram: sən həyatın üçün nə etmisən? Amma cavabım yoxdur.

- Tanrının bəxş etdiyi gözəl bədən də bir məbəddir. Sənin vəzifən bu məbədi qorumaqdır...

- Təslim olmaq – mən heç vaxt bu sözün mənasını başa düşməmişəm.

- Axmaq sualdır: mən məşq edən zaman nə yeyirəm? Əlbəttə, adamları.

- İnsanları öldürmək ağılsızlıqdır.

Jean-Claude van Damme | Jean claude van damme, Van damme, Claude

- Hamıda olur: bir də gözünü açıb görürsən ki, sən ssenarini deyil, ssenari səni izləyir. Filmi yaşamağa başlayırsan. Ancaq mənə elə gəlir ki, Robert de Niro, ümumiyyətlə, ssenariyə baxmır.

- Mən Amerikaya gələndə gic-gic işlərlə məşğul olmuşam. Limuzin sürmüşəm, masaj salonunda işləmişəm, pizza daşımışam, xalça yumuşam. Bir də təhlükəsizlik xidmətində işləmişəm. Bir dəfə limuzini iki qadın kirayələmişdi. Yaşları qırxdan çox olardı. Yolda qəfildən biri qayıdıb mənə dedi ki, sizdə çeynəməyə bir şey olmaz? Dedim, saqqız var. Dedilər ki, yox e, başa düş də… Nəsə, onsuz da məni tez-tez yoldan çıxarmaq istəyirlər.

- Mən Fidel Kastro deyiləm. Səkkiz saat danışmaq mənlik deyil. Cəmi beş dəqiqə danışa bilərəm.

- Məndə qeyri-adi heç nə yoxdur. Sizinlə danışan adam sadə bir ölkədə, sadə insanların arasında doğulub.

- Mənim heç dərin intellektim də yoxdur. Mən, sadəcə evi, iti olan, məşq edən və yaşadığına görə xoşbəxt olan bir insanam.

- Mənim düşmənlərim yoxdur. Həyat bunun üçün çox qısadır.

Jean-Claude Van Damme on Darkness of Man, Retirement, Action Stars – The  Hollywood Reporter

- Məni siyasət maraqlandırmır. 13 yaşımda məktəbi atmışam. Çox az bilirəm. Ancaq onu bilirəm ki, son zamanlarda dünyada heç nə yaxşılığa doğru dəyişmir. Prezident seçkiləri haqda danışmaqdansa, 20 ildən sonrakı planetin taleyini müzakirə etmək lazımdır. Kim qalib gələcək? Mənim heç vecimə də deyil.

- Həqiqət həmişə həqiqət olaraq qalır, hətta kimsə onu eşitmək istəməsə belə.

- Bəzən cavab adamın ağlına sualdan əvvəl gəlir.

# 10812 dəfə oxunub

Oxşar xəbərlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

"Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır..."- İngilis şairdən deyimlər

14:00 30 may 2026
"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

13:00 30 may 2026
"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

12:10 30 may 2026
"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında  nə yazmışdı?

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında nə yazmışdı?

11:00 30 may 2026
"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

10:30 30 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər