Kantri musiqisinin əfsanəvi siması Dolli Partonun vəfatından sonra onun pərəstişkarlarına qoyub getdiyi gizli mahnı sürprizi yenidən gündəmə gəlib.
Kulis.az xəbər verir ki, sənətçinin möhürlədiyi bu xüsusi mahnı 2045-ci ilə qədər dinləyicilərə təqdim olunmayacaq.
Parton vəfatından illər əvvəl "My Place in History" adlı bəstə qeydə alaraq onu 2015-ci ildə xüsusi zaman kapsuluna yerləşdirib.
Şabalıd ağacından hazırlanmış bu qutu 19 yanvar 2045-ci il tarixinə qədər kilidli qalacaq.
Müğənni zamanla formatların köhnələ biləcəyini nəzərə alaraq, qutunun içinə CD pleyer və onun istifadə qaydalarını da əlavə edib.
Partonun gələcəyə dair ümid və arzularından bəhs edən bəstə haqqında sənətçi sağlığında verdiyi müsahibələrdə bu mahnının böyük bir hit olacağına inandığını və onu bu qədər uzun müddət kilidli saxladığı üçün bəzən peşmanlıq hiss etdiyini zarafatla qeyd etmişdi.
Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq
Oxşar xəbərlər
Əfsanəvi qorxu filmi ekranlara qayıdır - On birinci dəfə
16:37
28 noyabr 2026
Türkiyəli məşhurların narkotik testlərinin nəticəsi açıqlandı
16:17
28 noyabr 2026
İnsanları üzbəüz ünsiyyətə təşviq edən sərgi - Stolüstü tennis oynayaraq
15:34
28 noyabr 2026
Zəlzələdən sonra Hatayda mədəni irsin bərpası - 20 abidənin açılışı oldu
14:21
28 noyabr 2026
“Avatar” seriyasının növbəti iki filminin nümayiş tarixləri bəlli oldu
13:21
28 noyabr 2026
55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı
12:21
28 noyabr 2026