Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları üzə çıxdı

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları üzə çıxdı
16 iyul 2026
# 17:30

1965-ci ildə Cimmi Peycin iştirakı ilə lentə alınan və indiyədək heç yerdə yayımlanmayan Devid Bouinin mahnılarından ibarət albom sentyabrın 18-də ictimaiyyətə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Albom o illərdə əfsanəvi musiqiçi ilə əməkdaşlıq edən prodüser Şel Talminin şərəfinə "David Bowie: The Shel Talmy Recordings" adlandırılıb.

Söhbət sənətçinin karyerasının lap əvvəlində, hələ öz əsl adı — Deyvi Cons ilə çıxış etdiyi vaxtlarda yazılmış mahnılardan gedir. O dövrdə gənc musiqiçi tamamilə fərqli bir janrda — 60-cı illərin ortalarında Londonda populyar olan psixodelik pop-rok elementləri daşıyan blüz janrında ifa edirdi.

Bu qeydlərdən bir il sonra, yəni 1966-cı ildə, Deyvi Cons "The Monkees" qrupunun solisti ilə eyni adı daşıdığı üçün səhv salınmamaq məqsədilə təxəllüsünü dəyişərək bütün dünyanın tanıyacağı "Devid Boui" adını götürüb.

Yeni kolleksiyada yalnız Devid Bouinin deyil, dövrün digər əfsanəvi isimlərinin də əməyi var.. Belə ki, treklərin ərsəyə gəlməsində gələcəkdə "Led Zeppelin" qrupunun məşhur gitaraçısı olacaq Cimmi Peyc və "The Beatles", eləcə də "The Rolling Stones" qrupları ilə əməkdaşlıq edən virtuoz pianoçu Niki Hopkins də iştirak edib.

# 704 dəfə oxunub

Oxşar xəbərlər

Misirin 1900 illik qədim Fəyyum mumiya portreti bərpa edildi: Tarixdə ilk dəfə Romaya aparılır

Misirin 1900 illik qədim Fəyyum mumiya portreti bərpa edildi: Tarixdə ilk dəfə Romaya aparılır

16:30 15 oktyabr 2026
Əhməd Cavad – İstiqlal şairinin türk dünyasına və xalqına bağlı həyatı

Əhməd Cavad – İstiqlal şairinin türk dünyasına və xalqına bağlı həyatı

16:10 15 oktyabr 2026
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək - MŞ-nın İdarə Heyətinə namizədlər bilindi

Sabah jurnalistlərin IX qurultayı keçiriləcək - MŞ-nın İdarə Heyətinə namizədlər bilindi

15:59 15 oktyabr 2026
Sevgi üçbucağı yaşadı, ağlını  itirdi, dostundan üz çevirdi... - Nitsşe haqqında maraqlı faktlar

Sevgi üçbucağı yaşadı, ağlını itirdi, dostundan üz çevirdi... - Nitsşe haqqında maraqlı faktlar

15:00 15 oktyabr 2026
Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyə edildi

Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyə edildi

15:00 15 oktyabr 2026
Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

14:30 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər