Damla-damla yoxa çıxan zövqümüz...

Damla-damla yoxa çıxan zövqümüz...
7 avqust 2026
# 12:30

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Keçən gün sosial şəbəkələrdə bir videoya rast gəldim. Bilmirəm, bəlkə də köhnə video idi, amma həmin vəziyyət "həmişəcavan" olduğu üçün yenə yazmaqdan özümü saxlaya bilmədim.

Bu günlərdə yenə hansısa bir rayonumuzda kütləvi insan izdihamının tən ortasında, polislərin əhatəsində çətinliklə addımlayan bir müğənni var idi: Damla.

Görüntü o qədər absurd, mənzərə o qədər tragikomik idi ki, bir anlıq dünyasını dəyişmiş hansısa böyük sənətkarın, ya da ölkəyə gələn dünya şöhrətli ulduzun təhlükəsizlik tədbirləri təəssüratı yaradırdı.

Amma ətrafdakı o həyəcanlı, özündən keçmiş kütlənin bağıraraq zümzümə etdiyi "əsər"lərə baxanda reallıq büllur kimi aydınlaşırdı: Növbəti dəfə xalqımızın bir qisminin sadəcə bəsitliyin təntənəsinə şahidlik edirdik.

Açığı, burada günahı təkcə həmin müğənnidə axtarmaq insafsızlıq olardı. Tələb olmasa, təklif də olmaz.

Əsas məsələ həmin o səhnəni yaradan, bayağılığın tən ortasına həvəslə can atan kütlənin özündədir.

Bir toplumun ki, estetik meyarları, musiqi anlayışı və ruhi qidası 3-4 bəsit akkordun üzərində qurulmuş, sızıldayan, zırıldayan mətnlərdən ibarət ola, orada həqiqi sənətdən danışmaq xəyalpərəstlikdir.

Mənə maraqlı idi, o izdiham təlaşla, bir-birini tapdalayaraq hara, kimə, hansı ali duyuma çatmağa tələsirdi, görəsən?

Cavab da hazırdır: Asan həzm olunan duyğulara, dərinlik tələb etməyən səs-küyə, bayağı tünlüyə, haray-qışqırığa...

Biz necə oldu ki, Üzeyir bəyin, Qara Qarayevin, Vaqif Mustafazadənin miras qoyduğu torpaqda ucuz melodiyalara məlhəm kimi sarılan bir topluma çevrildik?

Cavab sadədir: Zövq bir anda ölmür. O, tədricən, hər gün zəhərlənərək, bax beləcə, sistemli şəkildə aşınır.

Televiziyalardan, toyxanalardan, sosial şəbəkə alqoritmlərindən üstümüzə axan bu musiqi kirliliyi, bu bayağı möhtəviyyat ruhumuzu mütəmadi gəmirir.

Biz ucuz duyğulara, sadə ritmlərə vərdiş etdikcə, dərinlikdən və keyfiyyətdən bir o qədər uzaqlaşırıq.

Nəticədə isə nəyi itirdiyimizin fərqinə belə varmırıq.

Cəmiyyət olaraq bayağılığın ardınca belə həvəslə, izdihamla qaçdıqca, fərdiliyimizi və estetik dəyərlərimizi itiririk.

Bu haqda son dövrlərdə o qədər danışılır ki... Nə fayda, özümüz deyib, özümüz eşidirik.

Damlanın müğənniliyi şəxsən mənə heç bir ziyan vermir, dinləmirəm də, vaxtımı sərf etmirəm də - ona görə narahat da olmuram.

Narahatlığım cəmiyyətdən yanadır: Yaxşı, ali olan nələr varsa - zövqümüz də daxil, damla-damla azalıb yoxa çıxmasından narahatam...

# 2230 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər