“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olundu

“Dağıdılmış irs: səssiz şahidlər”  fotoalbomu çap olundu
20 fevral 2025
# 13:30

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub.

Kulis.az xəbər verir ki, fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı (1992-2023-cü illər) Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Fotoalbomun tərtibatçısı məşhur fotoqraf Reza Deqatidir.

Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və işğaldan sonrakı fotoları yer alıb. Albomdakı fotolar tarixi faktlar olmaqla yanaşı, mədəniyyətin məhv edilməsinin ağır nəticələrini və onun bərpasının vacibliyini önə çıxarır.

Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarının 30 ilə yaxın davam edən işğalı zamanı minlərlə tarixi mədəniyyət abidəsi - dini abidələr, qədim daş heykəllər, muzeylər, tarixi memarlıq dəyərinə malik yaşayış binaları yerlə-yeksan edilib. Talan olunan və ya dağıdılan abidələrə 78 məscid, 22 muzey, 808 istirahət obyekti, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert salonu, 9 tarixi saray və 700-dən çox kitabxana daxildir. İşğal dövründə hətta qəbirlər murdarlanıb, dəfn olunan mərhumların qalıqları vandalizmə məruz qalıb.

Bütün bu vəhşiliklərin məqsədi Qarabağda və ətraf ərazilərdə azərbaycanlıların minilliklər boyu qorunub saxlanılan mədəni irsinin izlərini silmək idi. Dağıdılan mədəni irs nümunələri arasında Aşağı və Yuxarı Gövhər Ağa, Köçərli və Merdinli məscidləri kimi dini tikililər inək və donuz tövlələrinə çevrilib, məşhur Azərbaycan şairi Xurşidbanu Natəvanın saray kompleksi, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin Ağdamdakı sarayı, böyük bəstəkar və müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin, peşəkar vokal sənətinin banisi Bülbülün ev-muzeyləri dağıdılıb, yararsız vəziyyətə salınıb. Dünyada ilk insan məskənlərindən hesab olunan Azıx və Tağlar mağaralarından hərbi məqsədlər üçün istifadə edilib. Dağıdılan bu abidələrin hər biri Azərbaycan xalqının tarixi, mədəniyyəti, mənəviyyatı ilə sıx bağlıdır. İşğal zamanı təkcə İslam dini abidələri deyil, həmçinin Qafqaz Alban Apostol Kilsəsi və Pravoslav Xristian abidələri erməni vandalizminin və saxtakarlığının hədəfinə çevrilib.

İşğal altında qalmış ərazilərimizdə tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edilməsi, onların etnik, hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi beynəlxalq humanitar hüquqa, müvafiq beynəlxalq hüquqi sənədlərə ziddir. Bu, eyni zamanda, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasının açıq şəkildə pozulmasıdır.

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın qədim mədəni irsinin silinməsinə yönələn düşünülmüş siyasəti ifşa etmək məqsədi ilə nəşr olunub. Fotoalbom Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsini əhatə edir.

İngilis dilində nəşr olunan fotoalbom insanı müharibələrin sülhə, inkişafa və bəşəriyyətə verdiyi acı nəticələr haqqında düşünməyə sövq edir. Fotoalbom dağıdılan mədəni irsi, onun qorunmasının vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və bu istiqamətdə qlobal həmrəyliyi təşviq etmək üçün mühüm vasitəsidir.

# 1008 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər