Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub

Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
23 sentyabr 2020
# 13:29

Xalq yazıçısı Elçin Əfəndiyev Anar, Əkrəm Əylisli və özü haqqında mətbuatda yayımlanan bir iddia ilə bağlı Kulis.az-a müraciət edib. Yazıçının redaksiya və oxuculara müraciətini təqdim edirik.

Hörmətli redaksiya!

Adətən mən yalan, böhtan və qərəzli yazılara cavab yazmıram, çünki yalan, böhtan və qərəz də, cahillik və nadanlıq da, şaiyəçilik və dedi-qodu da həmişə ədəbiyyatı müşahidə edib və ədəbiyyat ətrafında dolaşan adamlar da həmişə ədəbiyyata, ümumiyyətlə, sənətə müdaxidə etməyə çalışıblar və müdaxilə də ediblər.

Uzağa getməyək. Elə bizdə keçən əsrin əvvəllərində Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Hüseyn Cavid, Hüseyn Ərəblinski və başqaları haqqında nələr deyilməyib və yazılmayıb?! Və bunu görmək üçün, elə yalnız rəhmətlik Qulam Məmmədlinin salnamələrirni vərəqləmək kifayətdir.

Bu günlərdə mətbuatda oxudum ki, rəhmətlik İsmayıl Şıxlı Yazıçılar İttifaqının birinci katibi işləyərkən, guya mən, eləcə də Əkrəm Əylisli və Anar ona hücumlar (!) etmişik, onun vəzifədən getməsi uçun çalışmışıq, guya ərizə yazandan sonra heç plenuma da gəlməyib.

Çox yaramaz bir iddiadır.

Mən İsmayıl müəllimin ruhuna daimi hörmət əlaməti olaraq, bu qısa məktubu onqa görə yazıram ki, oxucularda (əlbəttə hamısında yox!) belə yanlış bir təsəvvür yaranmasın ki, həqiqətən də biz hansı mifik səbəbə görə isə qolumuzu çırmalayıb, İsmayıl müəllimə qarşı mübarizə aparmışıq.

Mənim yeniyetməlik illərimdən etibarən biz İsmayıl Şıxlıgillə səmimi və mehriban qonşu olmuşuq (küçəyə baxan eyvanlarımız da bitişik idi) və bu səmimiyyət və mehribanlıq sonralar da eləcə davam edib. 1981-ci ildə Yazıçılar İttifaqının qurultayında Mirzə İbrahimov sədr, İsmayıl Şıxlı birinci katib, mən də yenidən Hüseyn Abbaszadə, Cabir Novruz, Balaş Azəroğlu və İshaq İbrahimovla birlikdə katib seçildik. 86-cı ildə Mirzə müəllim sədrlikdən getdi, İsmayıl müəllim birinci katibliyində qaldı və biz qarşılıqlı hörmətə söykənən münasibət və işgüzarlıqla bərabər işlədik.
İsmayıl Şıxlı çox abırlı, təmkinli və mədəniyyətli bir insan idi və İttifaqda işlədiyimiz müddətdə yalnız mənim yox, adlarını çəkdiyim o rəhmətliklərin də İsmayıl müəllimlə yüngülcə bir münaqişəsi belə olmayıb.

87-ci ildə İsmayıl müəllim istefa ərizəsi yazdı və bu, şəxsən mənim üçün gözlənilməz oldu. Plenumda İsmayıl müəllim özü səmimi bir çıxış etdi, ərizəni yorulduğu üçün tamamilə könüllü yazdığını dedi.

Orasını da qeyd edim ki, nə Əkrəm, nə də Anar İsmayıl Şıxlı haqqında heç vaxt hansısa xoşagəlməz bir söz nə yazıblar, nə də deyiblər.

Doğrusu, bu məktuba son nöqtəni qoymaq istəyəndə fikrimdən keçdi ki, oxuduğum həmin primitiv iddia o qədər mənasız və mətləbsizdir ki, bəlkə heç bu dəfə də məktub yazmağa vaxt sərf etməyə dəyməzdi…

Hörmətlə, Elçin.

21 sentyabr 2020.
Bilgəh.

# 3945 dəfə oxunub

Oxşar xəbərlər

Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər